Siyasət

Məhkəmə “SalamNews”-a aid olduğu deyilən 2 milyon manatın mənbəyini araşdırır 

27 Dekabr, 2024
23

açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “SalamNews” informasiya agentliyi və “İnterAz” kanalının rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəməsi davam edir. 

Hazırda məhkəmə şahidləri dindirir. Şahid qismində ifadə verən Fərid Hüseynov Mətləb Bağırovun yaxın qohumudur. O, Mətləb Bağırovla birlikdə saxlanılıb: “Mətləblə Cəlilabaddan Bakıya gəlirdik. Yolda saxladılar, İkimizi də “bandotdel”ə apardılar. Mənə 30 sutka inzibati həbs verdilər, Mətləbə narkotik itthamı verdilər. Bir yaxın qohumu kimi deyirəm ki, Mətləbin narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur”

Dövlət ittihamçısının suallarını cavablandırarkən şahid deyib ki, Mətləb Bağırovun rəhbərlik etdiyi saytda həm operator işləyib, həm də maliyyə məsələlərinə baxıb: “Mənə pul  verirdilər, mən də Mətləbə çatdırırdım. Pulu kim, hansı məqsədlə verirdi, bilmirəm. Bildiyim odur ki, pulu verənlərlə Mətləb arasında biznes əlaqələri vardı. Pul verən adamları tanımıram. Mənə pulu verirdilər, mən də aparıb çatdırırdım”

Dövlət ittihamçısı şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Buna görə də onun ibtidai istintaqdakı ifadəsinin elan olunmasını xahiş edib. Hakim Leyla Əsgərova-Məmmədovanın şahidin ifadəsini elan edib. Həmin ifadəyə görə, şahid göstərib ki, Mətləb Bağırovun tapşırığıyla Türkiyə vətəndaşı Hüseyin Kefsiz, Anar və adlarını unutduğu daha bir neçə nəfərdən pul götürüb: “Mətləbdən bu pullar barədə dəfələrlə soruşsam da, Mətləb məlumat verməyib. Buna görə də aramızda bir neçə dəfə mübahisə olub. Hətta buna görə bir dəfə işdən də ayrılmışam. Ancaq iş tapa bilmədiyim üçün yenə Mətləbin yanına qayıtmağa məcbur olmuşam”. 

Şahid ibtidai istintaqa verdiyi ifadəsində Türkiyə vətəndaşından və Anar adlı şəxsdən hər ay 10 mindən 50 min dollaradək pul aldığını göstərib. Həmin pulların xaricdən gətirildiyini bildirib. 

Ancaq Fərid Hüseynov məhkəmədə ibtidai istintaqa verdiyi həmin ifadəsindən imtina edib. Pulların mənbəyindən xəbərsiz olduğunu deyib. 

Şahid: - Bu proses 10-15 il ərzində olub. Mətləb Bağırovun çanta biznesi də olub, bu yolla da pullar gəlib. 

Prokuror: - Burada söhbət 2 milyon manatdan gedir. Bunların hamısı çantadan gələn gəlir ola bilməzdi. 

Şahid: - Mənim məbləğdən, mənbədən xəbərim olmayıb. 

Prokurorun sorğulaması başa çatandan sonra hakim növbəti məhkəmə iclasını yanvarın 6-na təyin edib. 

Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb. 

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

 

 ****

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Prokuror Bəxtiyar Hacıyevə 11 il iş istədi

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib. Prokuror Hacıyevə 11 il iş istəyib. Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub. Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi. Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. B.Hacıyev hesab edir ki, həbsinə səbəb Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etməsidir.  
Siyasət

Təyyarə qəzasına görə Çeçenistanda matəm günü elan olunub

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda dekabrın 28-i matəm günü elan olunub (RİA Novosti). Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bir gün öncə bildirib ki, təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edirmiş.  Azərbaycan tərəf hesab edir ki, dekabrın 25-də baş verən qəzadan öncə  təyyarə kənardan fiziki və texniki müdaxiləyə məruz qalıb.   Bundan öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qardaşı oğlunu dekabrın 25-də dronları vurduğuna görə mükafatlandırmışdı.  Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etmıyib.  Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli...

Seçilmiş Videolar

Toplum TV loqo