Siyasət

Suriyadan daha 13 nəfər Azərbaycana gətirildi

4 İyun, 2025
71

Foto: Azernews

İyunun 3-də Suriya Ərəb Respublikasına getmiş 13 nəfər Azərbaycan vətəndaşının ölkələrinə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
 
Nazirlik əlavə edilib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi, psixoloji müayinəsi həyata keçirilib.

Son dörd ildə Suriyadan Azərbaycana 200-dən çox ölkə vətəndaşı gətirilib. Onlardan 172 nəfəri uşaq və 52 nəfəri qadın olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.  Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.  Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.  Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.  AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində...
Siyasət

ABŞ və İsrail Qəzzada atəşkəs üçün danışıqlardan geri çəkiliblər

25 İyul 2025

Foto: Getty Images

ABŞ və İsrail Qəzza zolağında ərzaq böhranı və aclığın davam etdiyi vaxtda atəşkəs üçün danışıqlardan geri çəkilib.  ABŞ-nin Qətərin paytaxtı Dohada HƏMAS qruplaşması ilə danışıqlar aparan diplomat qrupunu geri çağırmasını prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff iyulun 24-də “X” səhifəsində xəbər verib.  Vitkoff bildirib ki, HƏMAS-ın danışıqlarda son cavabı “atəşkəsə nail olmaq istəyi olmadığını açıq şəkildə göstərib”. O əlavə edib ki, əvəzində ABŞ HƏMAS girovluğunda olan israillilərin “evlərinə qayıtması və Qəzza xalqı üçün daha sabit bir mühitin yaradılması üçün alternativ variantları nəzərdən keçirəcək”. Vitkoff bu alternativlər barədə ətraflı məlumat verməyib. Bunun ardınca İsrail də danışıqlar aparan...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo