Siyasət

Taliban "əxlaqsızlığın qarşısını almaq üçün" internetə qadağa qoyub  

18 Sentyabr, 2025
16

Foto: Getty Images

Taliban hökuməti sentyabrın 17-də Əfqanıstanın şimalındakı bir sıra bölgələrdə internetə girişin qadağan edildiyini elan edib. 

Vilayət rəhbərlərinin açıqlamalarına görə, bu addım “əxlaqsız fəaliyyətlərin qarşısını almaq” məqsədi daşıyır.

İslamçı hərəkat əvvəllər də pornoqrafiya və kişilərlə qadınlar arasında onlayn ünsiyyətlə bağlı narahatlığını ifadə etmişdi.

Bu, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ almasından bəri ilk belə internet qadağasıdır.

Qadağa ölkənin şimalında yerləşən Kunduz, Bədəxşan, Bağlan, Təhxar və Bəlx vilayətlərini əhatə edəcək. 

Rəsmilərin sözlərinə görə, məhdudiyyət yalnız fiber-optik kabel vasitəsilə internet bağlantılarına şamil olunur. Bununla belə, mobil telefonların internetə çıxışı açıq qalacaq.

Taliban ötən ilin sonunda uzun siyahıdan ibarət “əxlaq qaydaları”nı qanuniləşdirib. Bu qaydalar qadınların üzlərini örtməsi, kişilərin saqqal saxlaması, sürücülərin maşında musiqi dinləməməsi kimi qadağaları əhatə edir. 

Talibanın qadınlara və ifadə azadlığına qoyduğu məhdudiyyətlər insan haqları təşkilatlarının və bir çox xarici hökumətlərin sərt tənqidinə səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...
Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...

Seçilmiş Videolar

Toplum TV loqo