açıq mənbədən götürülüb
ABŞ və İran nüvə proqramı üzrə “birbaşa” danışıqlar aparacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp aprelin 7-də Ağ Evdə İsrail Baş naziri Benjamin Netanyahunu qəbul edərkən jurnalistlərə deyib:
“Şənbə günü onlarla böyük görüşümüz var. Birbaşa danışacağıq. Bəlkə də razılığa gələcəyik, bu, əla olardı”.
O əlavə edib ki, danışıqlar uğursuz olarsa, İranı “böyük təhlükə” gözləyir.
Tramp görüşün detalları, hansı rəsmilərin iştirak edəcəyini açıqlamayıb.
İran xarici işlər naziri Abbas Araqçı “X” səhifəsində görüşü təsdiqləyib və Omanda baş tutacağını deyib, lakin “birbaşa” aparılacağını inkar edib.
“Bu bir imkan qədər həm də testdir. İndi top Amerikadadır”.
Martda Tramp İran ali lideri Seyid Əli Xameneiyə birbaşa danışıqlara başlamaq üçün məktub ünvanlamışdı.
İran Prezidenti Məsud Pezeşkian isə ABŞ İran üzərindən sanksiyaları götürənə qədər birbaşa danışıqlara gedilməyəcəyini demişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Toplum TV/kollaj