Siyasət

Ukraynanın kəşfiyyat xidməti: "Azərbaycan Rusiyanın Qafqazda dominantlığına son qoyub"

28 İyul, 2026
15

president.az

"Azərbaycan Rusiyanın Cənubi Qafqazda regional dominantlığına effektiv şəkildə son qoyub." 

Bu sözlər iyulun 26-da Ukrayna Xarici Kəşfiyyat Xidmətinin saytında dərc olunan məqalədə yer alıb. 

"Dünya toksik partnyorundan - Rusiyadan aralaşır" başlıqlı məqalədə son vaxtlarda Azərbaycan, Hindistan və Botsvananın müxtəlif səbəblərlə Rusiyaya etiraz etmələrindən söz açılır. Kəşfiyyat Xidməti bunu Rusiyanın dünyada nüfuz dairəsinin zəifləməsinin sübutu kimi təqdim edib.

Azərbaycanla bağlı hissədə xatırlanır ki, iyulun 6-da Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Məqalənin eyni hissəsində Azərbaycan prezidenti İlham Əliyevin iyulun 21-də Berlinə səfəri zamanı ölkəsinin Avropa enerji bazarında Rusiyanı əvəzləməyə hazır olduğu barədə açıqlamasına da yer verilib. 

Hindistan iyulun 19-da Odessadan yola çıxan gəmiyə Rusiyanın hücumu zamanı dörd vətəndaşının ölməsinə görə bu ölkəyə etiraz edib. Botsvana isə iyulun 18-də ölkə vətəndaşlarının aldadılaraq Rusiya-Ukrayna müharibəsinə cəlb olunması barədə bəyanat yayıb. 

"Nəticə etibarilə, Rusiyanın aqressiv davranışı beynəlxalq tərəfdaşları Moskva ilə əməkdaşlıqdan getdikcə daha çox çəkindirir. Dünya Kremllə gələcəkdə mümkün münasibətlərin "toksik" xarakter daşıyacağını anlayır və tədricən Rusiyadan uzaqlaşmağa, onunla arasına məsafə qoymağa çalışır", - məqalə müəllifləri sonda qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublu: "Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur, məhbuslar yuyuna bilmir"

27 İyul 2026

VOA

17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su verilişinin dayandığı bildirilir.  Bu barədə müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat verib.  N.Həzi iyulun 27-də sosial media hesabında atasına istinadən yazıb ki, müəssisədə bir həftədir elektrik enerjisi demək olar ki, yoxdur.  "Gün ərzində ancaq cəmi 1 və ya 2 saat işıq olur. Təsəvvür edin, yayın dəhşətli istilərində işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Başa düşdüyünüz kimi,...
Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...

Seçilmiş Videolar

Toplum TV loqo