Siyasət

Ülviyyə Əli süni intellektlə hazırlanan səs yazılarına görə təcridxanada təhdid olunduğunu deyir

26 fevral, 2026
152

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) süni intellektlə hazırlanan səs yazılarına görə saxlanıldığı Bakı İstintaq Təcridxanasında təhdid olunduğunu deyir. 

"Meydan TV"-nin xəbərinə görə, bu barədə jurnalist yaxınlarına məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə ona dəstək xarakterli açılmış səhifədə süni intellekt vasitəsilə hazırlanan səs yazısının yayılmasından sonra təcridxana rəisi onu nişanlısının da həbs ediləcəyi ilə təhdid edib. 

Sözügedən səs yazılarında Ü.Əlinin səsi ilə onun təcridxanada zorakılığa məruz qalması, eləcə də məhkəmə prosesində qaldırdığı vəsatətlər nəql edilir. 

“Dünən rəislə görüşdüm, dedi, biz bilirik ki, bu, süni intellektdir, amma elə insanlar var ki, bunu başa düşmürlər. Məndən soruşdu ki, bu videoları nişanlın hazırlayır? Cavab verdim ki, mən o qədər ağılsız deyiləm ki, ölkədə olan adama səhifə idarə etdirim”, - Ü.Əli yaxınlarına bildirib. 

Ü.Əli deyib ki, rəis fevralın 26-da onunla yenidən görüşüb və bir daha paylaşımları onun nişanlısının etdiyini iddia edib. 

“Rəis bu gün gəldi, dedi ki, nişanlın düzəldir bu səsləri. "Ona de, səsləri yığışdırsın, yoxsa bir də gördün özünü tutub gətirdilər bura”, - jurnalist məlumat verib.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo