Rəsmi səhifə
Dövlət Departamenti Ermənistan və Azərbaycan arasında danışıqlara yardımçı olmaq üçün Bakı və Yerevanla əlaqələri davam etdirəcək.
"Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən Nyu-Yorkda iki xarici işlər nazirilə görüşündə də vurğulayıb. Biz Ermənistan-Azərbaycan arasında sülhə və danışıqlara sadiqik", - Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə "Turan"-ın suallarını cavablandırarkən deyib.
"Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə, yaxın aylarda hər iki ölkənin öz tərəfdaşları ilə birlikdə və digər təşkilatların iştirakı ilə can atdıqlarını bəyan etdikləri sülhə nail olmaq üçün açardır”, - Praysın şərhləri Rusiya lideri Vladimir Putinin çoxdankı münaqişəni nizamlamağa cəhd etmək üçün Soçidə Ermənistan və Azərbaycan liderlərini qəbul etdikdən sonra səslənib.
Öz növbəsində Dövlət Departamenti Soçi görüşünün nəticələrinə dair heç bir qiymət verməyib: "Biz bu görüşün iştirakçısı olmamışıq. Onun nəticələri barədə danışa bilmərik".
Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün yaxın gələcəkdə dövlət katibi Blinkenlə xarici işlər nazirləri arasında telefon danışığı və ya görüşlərin olub-olmayacağı barədə suala Prays “məncə, hər şey masadadır” cavabını verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”