Siyasət

XİN Gəncə terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

11 Oktyabr, 2022
2004

Sosial Media

“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "tviter" hesabında yazıb.

Leyla Abdullayeva qeyd edib ki, bu cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb: “Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.

https://toplum.tv/siyaset/aspa-da-azerbaycan-ve-ermenistan-arasinda-debat-kecirilib

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Gəncəyə hücumların ikinci ildönümü ilə bağlı tədbirdəki çıxışında isə Leyla Abdullayeva bildirib ki, XİN bu istiqamətdə məlumatlandırma aparıb, dəlillər toplanaraq beynəlxalq təşkilatlara göndərilib: “Hərbi cinayətlə bağlı Avropa Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırılıb. Bu məsələlərə hələ də baxılır.

Azərbaycan təqsirkarların ədalət və qanun qarşısında cavab verməsi üçün bütün imkanlar istifadə edəcək. Təəssüf ki, bu günə qədər hərbi cinayətlər törətmiş şəxslərdən bir nəfər də Ermənistanda qanun qarşısında cavab verməyib. Biz hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə çağırırıq”.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə  şəhərinn mərkəzi Ermənistanın ballistik raket hücumuna məruz qalıb.

Çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər ölüb, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 

Baş Prokurorluğun məlumatına görə, Gəncə terrorunda zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əyşalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo