Siyasət

Azərbaycan Zatulinin bəyanatına görə Rusiyaya nota verib

6 Fevral, 2026
224

Foto/kollaj: Toplum TV

Fevralın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in məlumatına görə, səfirə Rusiya Dövlət Duması sədrinin birinci müavini Konstantin Zatulinin fevralın 5-də verdiyi bəyanatla bağlı etiraz bildirilib və nota təqdim olunub. 

Zatulin bəyanatında fevralın 5-də Azərbaycanda erməni məhbuslara hökm oxunmasını qınayıb. O, bunu keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış erməni əhalinin öz müqəddəratını təyin etmək hüququnun pozuntusu kimi qiymətləndirib. 

“Bakıdakı qondarma ədliyyə sisteminin ittiham materialları ‘separatizm’, ‘qanunsuz silahlı müqavimət’ və Azərbaycan qanunlarının pozulması barədə gurultulu ritorika ilə doludur, halbuki təqsirləndirilən şəxslər heç vaxt Azərbaycan vətəndaşı olmayıblar. Bu, ədalət yox, qisas idi – bir tamaşa idi, məhkəmə prosesi deyildi. Bu kontekstdə dünyada hətta ən qərəzli və ya gözünü bilərəkdən yumanlar belə anlamalıdır ki, niyə ermənilər işğal altında olan Dağlıq Qarabağda torpaqlarını, evlərini, qəbiristanlıqlarını və kilsələrini tərk etməyə məcbur qaldılar", - bəyanatda yazılıb. 

Azərbaycan XİN isə Zatulinin məhkəmə qərarlarını "təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsini qətiyyətlə pisləyib". 

Fevralın 5-də Azərbaycanda həbsdə olan, Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmilərinə hökm oxunub. Onlara 15 ildən ömürlük müddətə qədər müxtəlif həbs cəzaları verilib. 

Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar. 

Onların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”

30 Sentyabr 2026

Tapdıq Fərhadoğlu

“Toplum TV işi” üzrə 14 il azadlıqdan məhrum edilən media hüquqşünası, “Toplum TV” təsisçisi  Ələsgər Məmmədli Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb. O, Bakı Apellyasiya Məhkəməsində işinə baxılması zamanı bir sıra hüquq pozuntularına yol verildiyini bildirib və Ombudsmandan növbəti məhkəmə iclaslarını monitorinq etməyi istəyib. Ələsgər Məmmədlinin müraciətini olduğu kimi təqdim edirik. Bildiyiniz kimi, 8 mart 2024-cü il tarixindən etibarən 32 aydır saxta ittihamla ən təməl hüquqlardan olan azadlıq hüququm kobud şəkildə məhdudlaşdırılıb. Bir hüquqşünas kimi, ömrünün 30 ilindən çoxunu insan hüquqlarının müdafiəsinə və tədrisinə həsr edən bir vətəndaş kimi yeganə sığınacağım hüququn aliliyi, ədalətin bərqərar...
Siyasət

Təqsirləndirilən şəxs Ramil Babayevə danışıb: “Ürəyimə üç dəfə stent qoyulub, amma müəssisədə dərman yoxdur”

30 Sentyabr 2026

sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərdən birinin  səhhətindəki problemlər barədə yazıb. Ramil Bayayevin yazısını olduğu kimi təqdim edirik. “Mən Babayev Cavid, 55 yaşındayam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam və hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılıram. Mənim ciddi sağlamlıq problemlərim var. Ürəyimə üç dəfə stent qoyulub. Hər axşam bütün bədənimdə ağrı hiss edirəm, sümüklərim sızıldayır. Bununla bağlı həkim qəbulu tələb etmişdim. Məni yarım ay yubadandan sonra həkim müayinəsinə apardılar. Həkim müayinədən sonra bir neçə dərmandan istifadə etməli olduğumu, həmçinin mənə sistem köçürülməli olduğunu dedi. Mən həmin dərmanları həkimdən istədim. O isə...

Seçilmiş Videolar

Toplum TV loqo