Sosial

İctimai fəal: "Həyatıma təhlükə yaranıb"

3 İyun, 2021
1904

“Mənim həyatıma təhlükə yaranıb, polisə müraciət etmişəm. Bir aydan çoxdur ki, xəbər yoxdur”. 

Siyasi-ictimai fəal Rəbiyyə Məmmədova “ToplumTV”-yə belə deyib.

Onun sözlərinə görə, aprelin 27-də sükan arxasında olarkən, 99-NY-409 dövlət qeydiyyatlı "Toyota Pirus" markalı maşının sürücüsü əks yola çıxaraq maşını onun üstünə sürüb: “Maşını bir təhər kənara çəkdim. Bir də gördüm ki, fırlanıb arxamca gəlir. Dayanma işarəsi verib maşını saxlamağımı istədi. Manevr zamanı sol güzgüm zərbə nəticəsində bağlandığına görə, güzgümü açmaq və sürücünün üzr istəmək və yaxud zərəri öyrənmək üçün gəldiyini düşünüb, maşını saxlayıb düşdüm. Mən maşından düşüb, digər maşına yaxınlaşanda sürücü məni kobud ifadələrlə təhqir etdi. “Lezbiyan” deyib maşını üstümə sürdü”.

Rəbiyyə Məmmədova deyir, iş bir aydan çoxdur bölmələri gəzir, amma heç bir nəticəsi yoxdur. 

O, polisin də onunla kobud davrandığın bildirib: “Özünü Xətai Rayon Yol Polis İdarəsinin inspektoru kimi təqdim edən kapitan Xəlilov adlı bir şəxs mənə zəng vurdu, işin gedişi ilə bağlı suallar verdiyimə görə kobud danışdı. Dedi ki, siz müstəntiq deyilsiniz ki, mənə sual verirsiniz. "102 - Xidməti"nə zəng edib şikayət etdim, nömrəsini də verdim. 15 dəqiqədən sonra özünü Xətai Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən digər bir şəxs mənə zəng elədi, hadisə barədə məlumat verəndə "kobud danışmayın" deyə telefonu üzümə qapatdı. Dünən vəkillimlə bir yerdə Xətai rayon 36-cı Polis Bölməsinə yaxınlaşdıq. Bölmədən mənə dedilər ki, işi DYP-yə göndəriblər”. 

Elşad Hacıyev - Açıq mənbələrdən götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev “Toplum TV”-yə deyib ki, məsələ araşdırılır: “Rəbiyyə Məmmədova iyunun 2-də Xətai Rayon Dövlət Yol Polisi şöbəsinə dəvət olunub və şikayəti araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Rəbiyyə Məmmədova deyir ki, hadisə baş verən ərazidə kameralar olsa da, onların işləmədiyi bildirilir: “Polis bölməsində dedilər ki, üstümə maşını sürən şəxs izahatında məndən üzr istəmək üçün arxamca düşdüyünü bildirib. Dedilər ki, hadisə baş verən yolda olan kameraların heç biri işləmir. İşləyənlərin də bizə gəlib çatana qədər hamısının video görüntüsü silinib. Belə olan halda, siz sübut edə bilməzsiniz ki, o, sizinlə bu cür rəftar edib. Ona görə də iki tərəfə də protokol tərtib olunacaq, iş də belə bağlanacaq”.

Məmmədova həmçinin qeyd edib ki, hadisə baş verən an polis çağırsa da, gələn olmayıb: “Hadisə baş verən gün polisə zəng elədim ki, belə bir hadisə baş verib, mən hadisə yerindəyəm, adam göndərin. Dedilər ki, gəlirik. Üstündən yarım saat keçəndən sonra zəng elədim. Dedilər ki, biz ora gələsi deyilik, gəlin Yol Polis İdarəsinə. İndi mənə sual verir ki, niyə hadisə yerində polisi gözləməmisiniz? Halbuki polisin özü zəng edib deyib ki, ora gəlmirik. "102 Xidməti"nə də mənim zənglərim var. Araşdırsınlar ki, mən onlara neçə dəfə zəng etmişəm”.

“Hadisəni daha öncə ona görə işıqlandırmamışdım ki, bunun sırf hansısa özfəaliyyət olduğunu düşünürdüm. Həm də güman edirdim ki, polis öz imicini nəzərə alaraq günahkarları tapıb cəzalandıracaq. Amma indi məndə polisin işi ümumiyyətlə, araşdırmaq istəmədiyinə dair əsaslı şübhələr yaranıb.  Hüquq mühafizə orqanlarının vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Mənim həyatıma təhlükə yaranıb, polisə müraciət etmişəm. Bir aydan çoxdur, xəbər yoxdur. Bəlkə, bu bir ayın içində həmin adam qayıdıb gəlib məni öldürəcək?” - deyə Rəbiyyə Məmmədova sual edir. 

O, baş vermiş hadisədə hakimiyyətin iştirakını da istisna etmir: “Mən bu adamı da, maşını da ilk dəfəydi, görürdüm. Məni bu cür təhir etməsi, hücumu, bir növ, hakimiyyətin apardığı propoqandanın nəticəsidir. Hakimiyyət siyasi fəaliyyətlə məşğul olan, insan hüquqları uğrunda mübarizə aparan insanları, hüquq müdafiəçilərini cəmiyyətə elə tanıdır, onların imicini elə ləkələyir ki, belə insanlar ortaya çıxır və canımıza qəsd etməyə çalışırlar. Məni iqtisadi və psixoloji zorakılığa məruz qoyurlar. Belə edirlər ki, bezib ökədən gedim. Lakin Azərbaycan təkcə onların deyil, mənim də ölkəmdir, burada yaşamaq mənim də haqqımdır. Azərbaycanı qoyub, heç hara gedəsi deyiləm. Əgər fikirləri budursa, bu fikirlərindən daşınsınlar. Belə hadisələrə görə mən heç hara gedəsi deyiləm”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo