Sosial

Ağcabədidə yeniyetmə qız ana oldu, 24 yaşlı “ata” şərti cəza aldı

26 Mart, 2025
686

sosial media

Ağcabədi rayonunda 14 yaşında ana olan qız ailəsinə təhvil verilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Oxu.az”a bildirib. 

Martın 20-də mətbuatda yayılan xəbərdə bildirilirdi ki, Ağcabədidə ailəsi 13 yaşlı qızlarını 23 yaşlı şəxslə qeyri-rəsmi evləndirmək üçün toy məclisi təşkil edib. 

14 yaşlı qız uşaq dünyaya gətirib və faktla bağlı cinayət işi getməyinə baxmayaraq, yeniyetmə ilə cinsi əlaqədə olmuş 24 yaşlı şəxs polis nəzarətinə verilməklə azadlığa buraxılıb. Buna səbəb kimi isə yeniyetmənin və valideynlərinin şikayətçi olmaması göstərilib.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə martın 25-də sosial media hesabında açıqlayıb ki, 24 yaşlı şəxs barəsində məhkəmənin hökmü ilə 1 il sınaq müddəti olmaqla 6 il azadlıqdan məhrumetmə cəzası verilib. O əlavə edib ki, cinayətkar öz evində 14 yaşlı qızla birgə yaşamağa davam edir və onunla evlənmək üçün 18 yaşının tamam olmasını gözləyir. 

Daha öncə valideynlərinin yeniyetmədən imtina etdiyi xəbər verilmişdi.

DİN qeyd edib ki, qızın valideynləri “polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb" və yeniyetmə ailəsinə təhvil verilib. 

Vəkil Fariz Namazlı “OC Media”ya bildirib ki, 14 yaşına çatmamış şəxslə, hətta onun razılığı ilə cinsi əlaqədə olmaq cinayət məsuliyyətinə səbəb olur. “Bu halda onun bu münasibətə hansı formada razılıq verdiyinə diqqət yetirilməlidir. O, könüllü razılıq versə də, mahiyyətini başa düşməsə belə, bu, zorlama sayılmalıdır”, vəkil qeyd edib. 

Hadisə və cinayətkarın cəzalandırılmaması fəalların və sosial media istifadəçilərinin tənqidinə səbəb olub. 

Feminist fəal Gülnara Mehdiyeva “Facebook” səhifəsində Prezident İlham Əliyevə müraciət edib. 

“Siz bu ilki 8 Mart təbrikinizdə qadınların ailə dəyərlərində rolundan danışmısınız. Sizin “ailə” dediyiniz budur? 13 yaşlı uşaqların uşaq dünyaya gətirərək qurduğu “ailələr”? Siz gənclərin milli ideallara uyğun böyüdülməsindən danışmısınız. Milli ideallara uyğun böyüdülmək uşaqların özlərindən 10 yaş böyük insanların yatağına atılaraq uşaq dünyaya gətirmələridirmi?”, deyə o sual edib. 

Mehdiyeva əlavə edib ki, 13 yaşlı uşağın başına gətirilən cinayət araşdırılmalıdır. “İcazə verməməliyik ki, bu cür cinayətlər normallaşdırılsın. Biz bu cinayətlərə reaksiya verərək onların qarşısını ala bilərik,” o qeyd edib. 

Azərbaycan qanunvericiliyinə görə, 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan azyaşlı ilə cinsi əlaqəyə görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Son 4 ildə dinlənən hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub" 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Təhsil İnstitutunun son 4 ildə monitorinq apardığı hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub".  Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, qurum son 4 ildə 400 məktəbdə ümumilikdə 17,300 dərsdə dinləmə aparıb. O, dinləmə aparılan məktəblərin ölkə üzrə yerləşmə arealını açıqlamayıb.  "Bu dərslərin müfəssəl datasını toplamışıq. Əsas fokus Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənn dərsləri olub. Qiymətləndirmədə 5 meyara fikir verilib: müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsdə fəal iştirakı, resurslardan istifadə, dərslərin şagirdlərdə bilik və bacarıqları formalaşdırması və formativ qiymətləndirmənin aparılması", -...
Sosial

Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb

1 Sentyabr 2025

Foto: Reuters

Əfqanıstanın şərqindəki Kunar və Nanqarhar vilayətlərində sentyabrın 1-ə keçən gecə 6 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyi bu ana qədər ən az 622 nəfərin öldüyünü, 1500-dən çox insanın yaralandığını təsdiqləyib.  Bir neçə kəndin tamamilə dağıldığı, xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.  "Al Jazeera"nin yerli müxbirinin məlumatına görə, zəlzələ baş verən bəzi ərazilərə yardım çatdırmaq əlverişsiz yol şəraitinə görə çətinləşib.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan ofisi dağıdıcı zəlzələdən "dərindən kədərləndiklərini" bildiriblər.  "Qruplarımız ərazidədir, təcili yardım və xilasedici dəstək göstərirlər. Düşüncələrimiz zərərçəkmiş icmalarladır", - deyə bəyanatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo