Sosial

Bayırşəhər sakinləri tarixi binaların ianə hesabına təmirini istəyir 

23 İyul, 2025
910

Foto: sosial media

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan sakinlər ərazidəki tarixi binaların sökülməməsi və təmir olunması üçün aiddiyatı qurumlara müraciət edib. 

Memar Abdul Hüseynovun ictimailəşdirdiyi müraciətdə sakinlər binaların öz yığdıqları ianə hesabına bərpasına razılıq verilməsini istəyir. 

“Məqsədimiz Bakının Bayırşəhər ərazisində yerləşən tarixi abidə və tarixi abidə olmayan, lakin tarixi abidələr kimi uzunömürlü, möhkəm, zəlzələ və digər təbii fəlakətlərə dözümlü, baxımsız binaların bərpası üçün ianə əsasında təşəbbüs göstərməkdir. Hazırda baxımsızlıqdan bəzi tarixi və qeyri-tarixi binalar ciddi texniki aşınma və memarlıq deformasiyasına məruz qalıb ki, bu da onların tamamilə sıradan çıxmasına səbəb ola bilər”, - müraciətdə bildirilir. 

“Bütün bu məsələləri nəzərə alaraq şəxsi təşəbbüs və ianə hesabımıza əsaslanaraq bu binaların ilkin layihələndirmə, konservasiya və bərpa işlərini həyata keçirmək istədiyimizi bildiririk. Bərpa zamanı bütün memarlıq orijinallığı qorunacaq, işlər peşəkar memar və restavratorların iştirakı ilə aparılacaqdır”, - deyə əlavə olunub. 

Müraciət Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Memarlar İttifaqı və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanıb. 

Artıq bir neçə aydır ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsünə hazırlıq gedir və yaşı 100-dən çox olan bir neçə bina artıq sökülüb. 

Hökümətyönlü media söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparılacağını yazır. 
Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. 
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 
Hüseynov isə daha öncə Toplum TV-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

6 May 2026

Açıq mənbə

2026-cı ilin əvvəlindən indiyədək Azərbaycanda azı 17 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.  Məlumatı "Abzas Media" Xəzər Hərbi Tədqiqatlar İnstitutuna istinadən yayıb.  Qurumun kütləvi informasiya vasitələri əsasında apardığı monitorinqə görə, cari ildə indiyədək 3 hərbi qulluqçu müxtəlif xəstəliklərdən, 2 nəfər intihar nəticəsində, 5 nəfər avtomobil qəzasında, 2 nəfər bədbəxt hadisə nəticəsində, 1 nəfər isə ehtiyatsızlıq səbəbindən həyatını itirib. Daha 4 nəfərin ölüm səbəbi açıqlanmayıb. Ölənlərdən 12 nəfər Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. Onların 3-ü əsgər, 2-si zabit, 2-si gizir, 3-ü müddətdən...
Sosial

Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

5 May 2026

Milli Onkologiya Mərkəzi

Aprelin 30-da yerli mediada Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partlayış baş verməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, mərkəzdə onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev əl qumbarasını partladıb, nəticədə özü həlak olub, həkim Asif Nəsirov isə xəsarət alıb. Hadisə mərkəzdə mövcud müalicə şəraitinin keyfiyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Azərbaycan Xalq Parlamentinin dönəm sədri, siyasi şərhçi Ərəstun Oruclu sosial media paylaşımında məsələyə münasibət bildirərək qeyd edib ki, xəstələrin müalicə oluna biləcəklərinə inamları yoxdur və onların şikayətləri dinlənilmir. “Həmin mərkəzin rəhbərinin İlham Əliyevin dayısı Cəmil Əliyev olduğunu biləndə gileylənməyin belə müsbət perspektivlər vəd etmədiyini hər kəs yaxşı anlayır. Ölkəyə kimyaterapiya vasitələrinin...

Seçilmiş Videolar

Toplum TV loqo