Araşdırma

Azərbaycanda 300 mindən çox vətəndaşın deputatı yoxdur

24 Fevral, 2023
2622

Üç ildir ki, Azərbaycanda 500 mindən çox vətəndaşı, təxminən 350 min seçicini  Milli Məclisdə təmsil edən deputat yoxdur. 

Deputatsız qalan dairələr  14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 35 saylı Xətai üçüncü, 91 saylı Ucar, 9 saylı Binəqədi Seçki Dairəsidir.

"Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu son öparlament seçkilərində 35 saylı üçüncü seçki dairəsindən deputatlığa  namizədliyini irəli sürmüşdü. İlkin nəticələrə görə, səs çoxluğu ilə prosesdə qalib gəlsə də, sonradan Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunmuşdu.  Danışır ki, həmin zaman yenidən namizədliyini irəli sürmək üçün təkrar seçkilərin keçiriləcəyini gözləyirmiş. O, uzun müddətdir təkrar seçkilərin keçirilməməsini ölkədə baş verən proseslərlə əlaqələndirir:

Bəs üç ildən çoxdur, yüz minlərlə seçinin deputatsız qalması hüquqi məsuliyyət yaradırmı? Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin nümayəndəsi, seçkilər üzrə mütəxəsis Məmməd Məmmədzadə deyir, boş qalan 7 dairənin üçündə əlavə, dördündə isə təkrar seçkilər keçirilməli idi. 

Qanunvericilkdə əlavə seçkilərin keçirilməsi ilə bağlı konkret müddət göstərilsə də, təkrar seçkilərlə bağlı müddəada bu əks olunmur. Məmməd Məmmədzadə bu baxımdan qanunvericilikdə problemlərin olduğunu, vətəndaşlarınsa üç ildir parlamentdə təmsilçilik, bərabərlik hüquqlarının pozulmasına vurğulayır.
            
Mütəxəsis əlavə edir ki,bu il təkrar seçkilərin keçirilməsini gözləmir. Deyir, adətən seçkilərin keçiriləcəyi il büdcədən daha çox vəsait ayrılır.

Hazırda deputatsız qalan, Xətai rayonunda yaşayan vətəndaşlar Toplum Tv-yə danışıblar ki, illərdir deputatlarının olub-olmamasından xəbərsizdirlər. Onlardan biri Sevinc Əkbərova illərdir, zibillikdən kauçuk yığaraq ailəsini dolandırır. Azyaşlı övladları isə məktəbə getmək əvəzinə, hər səhər onunla bərabər işə gedirlər. Danışır ki, nəinki deputatının kim olduğunu bilmir, bu vaxtadək heç bir dövlət qurumu qapısını açıb, vəziyyətini soruşmayıb.

Toplum TV-yə danışan ReAl partiyasının sədri İlqar Məmmədov deyir, təkrar seçkilərin keçirilməsi üçün boş qalan iki dairə ərazisində yaşayan  vətəndaşlardan imza toplayıb prezidentə təqdim ediblər. Amma müraciətləri cavabsız qalıb.

Azərbaycanda 7 milyona yaxın seçici var. Son statistikaya görə bu rəqəm  6milyon 400 mindir.  Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçirilib. Bir qrup deputatlığa namizədliyini verən şəxslər və fəallar parlament seçkisində baş vermiş qanun pozuntularına etiraz ediblər, Həmin ilin fevralın 16-da Mərkəzi Seçki Komissiyası qarşısında aksiya keçiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

Həbsdə olan şəxsin ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? - “Tribunat” araşdırıb

1 İyul 2025

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) saxlandığı Bakı İstintaq Təcridxanasında (BİT) Maks adlı iti ilə görüşünə icazə verilməməsindən şikayətçidir.  O, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.  “Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” - deyə jurnalist məktubunda bildirir. Bəs, həbsdə olan şəxsin azadlıqda sahib olduğu və...
Araşdırma

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
 

26 Oktyabr 2024

Globalwoodsmarketinfo.com

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi. Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 2010-cu ildə Cənubi Afrika...

Seçilmiş Videolar

Toplum TV loqo