Foto: mfa.am
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək "Tramp marşrutu"na ABŞ-nin nəzarət etməyəcəyini deyib.
Ermənistanın İctimai Televiziyasına danışan nazir Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yola məhz ölkəsinin nəzarət edəcəyini bildirib.
“Üçüncü tərəf bu hissəyə nəzarət etməyəcək. Bu, Ermənistan Respublikasının funksiyalarına aiddir. Bu məsələ mübahisələndirilmir və başqa heç bir razılaşma olmayıb", – Mirzoyan qeyd edib.
O, həmçinin, yolun keçəcəyi ərazinin 99 il müddətinə ABŞ-yə icarəyə verilməsi barədə deyilənlərin “hələlik reallıqla heç bir əlaqəsi" olmadığını deyib.
Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.
Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub.
ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.
Azərbaycan prezidenti İlham Əliyev isə avqustun 26-da verdiyi müsahibədə "Zəngəzur dəhlizi"ndə hərəkətin təhlükəsizliyinə zəmanətin Ermənistan deyil, üçüncü ölkə tərəfindən verilməli olduğunu deyib.
"Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP meydana gəldi", - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: mod.gov.az
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb