Ölkə

Fotoqraf Əhməd Muxtar həbs olunub 

29 Avqust, 2025
316

Foto: sosial media

Fotoqraf Əhməd Muxtar "Meydan TV işi" üzrə avqustun 27-də saxlanılıb. 

"Meydan TV"-nin məlumatında bildirilir ki, avqustun 28-də onun barəsində Xətai Rayon Məhkəməsində 40 günlük həbs qətimkan tədbiri seçilib.

"Meydan TV" redaktoru Orxan Məmməd isə "Facebook" səhifəsində fotoqrafın media qurumu ilə heç bir əməkdaşlığı olmadığını yazıb. 

Əhməd Muxtarın “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxs olduğu bildirilir. 

Xəbərdə, həmçinin, bildirilir ki, “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərə qarşı ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

İş üzrə həbs edilən jurnalistlər ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) də “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

DTX 5 ölkədə keçirilən əməliyyatlarda 10 nəfərin saxlanıldığını bildirir

18 Sentyabr 2026

sosial media

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Sentyabrın 18-də yayılan məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib”. DTX bildirir ki, onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib. Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər". DTX vurğulayır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş...
Ölkə

Azərbaycanda karantin rejimi yenə uzadılıb

17 Sentyabr 2026

sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. Bu barədə baş nazir Əli Əsədov sentyabrın 17-də qərar imzalayıb. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 1 oktyabr 2026-cı ilədək müddəti əhatə edirdi. Azərbaycan ilk dəfə 2020-ci ilin martında, dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığı dövrdə xüsusi karantin rejimi elan edib və qonşu ölkələrlə sərhədlərini bağlayıb. O vaxtdan bəri karantin rejimi hər üç aydan bir uzadılır. Dünya Səhiyyə Təşkilatı isə hələ 2023-cü ilin mayında COVID-19 infeksiyasının artıq pandemiya xarakteri daşımadığını elan edib....

Seçilmiş Videolar

Toplum TV loqo