Foto: açıq mənbə
Qax rayonunda 13 yaşlı qıza kollektiv və fərdi şəkildə təcavüz edildiyi bildirilir.
Məlumatı ilk olaraq feminist fəal Gülnara Mehdiyeva avqustun 27-də "Facebook" səhifəsində yayıb.
O, adını açıqlamadığı mənbəyə əsasən bildirib ki, Qaxın kəndlərindən birində 13 yaşlı qıza təcavüzə görə 30-a yaxın şəxs saxlanılıb.
"Onlardan 2-si polisdir. Polislərdən birinin başqa ölkəyə qaçdığı deyilir. Qeyd olunur ki, 30-a yaxın şəxsdən 5 nəfəri qrup şəklində, digərləri isə ayrı-ayrı vaxtlarda bu cinayəti törədib", - Mehdiyeva vurğulayıb.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə də xəbəri "Facebook"da təsdiqləyib, lakin polislərin iştirakını "dezinformasiya" adlandırıb.
Mehdiyeva isə cavabında mənbəsinə istinadən bir daha polislərin hadisədə iştirak etdiyini iddia edib. O qeyd edib ki, polislərdən biri kənd sakininin qohumudur və kənddə məhz polislərin təcavüzdə iştirakı müzakirə mövzusu olub.
Daxili İşlər Nazirliyi və digər qurumlar hadisə ilə əlaqədar hələ də açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”