Araşdırma

“Bu ağacların məhv edilməsidir” – ekoloq

28 Mart, 2023
3395

Bura Nəsimi rayonu ərazisində yerləşən Əlimərdan Topçubaşov küçəsilə, İman Qasımov küçəsinin kəsişməsidir.Bu ərazidə yaşayan Mətləb Nəsibov deyir ki, Yaşıllaşdırma Təsərüffatı Birliyinin əməkdaşları buradakı ağaclara budamaq adı ilə zərər verir.

Sakinlərdən Sona Hacıyeva ağacların budanmasına niyə qarşı olduğunu belə izah edir:

"Ağac budamanın vaxtı var da. İndi bu ağacların vegetasiya dövrüdür. Yəni, ağacın tumurcuqlanan, yarpaqlanan dövrüdür. Bu vaxt ağac kəsməzlər, budamazlar. Bu Regional Ekologiya İdarəsi hara baxır, bilmirəm. Nəyə əsasən bunları bura göndəriblər? Bu qədər özbaşınalıq olmaz. Biz açıq-aşkar görürük ki, bu ağacların məhvinə yönəlmiş hərəkətlərdir".

Ərazidə ağacların necə budanmasını müşahidə edən ekoloq Sadiq Həsənov da vətəndaşların sözlərini təsdiqləyir:

“Videolarla tanış oldum, doğrudan da məni dəhşət bürüdü. Bu cür ağac budanma hadisəsi olmur. Bu ağacların budanması deyil, qırılmasıdır. Ümumiyyətlə, indi ağaclar budana bilməz, vegetasiya dövrü artıq başlayıbdır. Bunu ağacların  kütləvi şəkildə məhv edilməsi kimi qiymətləndirmək olar“.

Ekspert deyir, həmin ərazidə ağacların budanması prosesinin qaydalarına riayət edilməyib:

“Budanma ağacın ümumi 5-10 faizini əhatə eləyə bilər. Artıq oalrsa, ağac üçün böyük ziyandır. Bu görüntülərdə isə ağacın 60-70 faizinin kortəbii şəkildə budandığı görünür  və sonradan həmin ağacların quruması baş verəcəkdir“.

Yaşıllaşdırma Təsərüffatı Birliyi bu mövzuda sualları Nəsimi rayon İcra Hakimiyyətinin cavab verməli olduğunu bildirib. Onlar isə zənglərə cavab verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Araşdırma

Məktəblərdə bullinq: qanunlar niyə yetərli olmur?

2 May 2026

açıq mənbə

“Xəzər Universitetinin Dünya Məktəbinin Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdi Alpər Qurbanlı Azərbaycanda və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlilini aparıb. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi təhlili olduğu kimi təqdim edirik: Məktəblərdə bullinq (həmyaşıd zorakılığı və təzyiqi) geniş yayılmış problemdir və bu hal şagirdlərin psixoloji, sosial və təhsil nəticələrinə ciddi təsir göstərir. Bu, şagirdlərin rifahını zəiflədir, sosial inkişafını pozur və öyrənmə nəticələrinə mənfi təsir edir. Psixoloji dəstək mexanizmləri mühüm olsa da, qarşısının effektiv şəkildə alınması üçün məktəblər və digər institutlarda icrası məcburi olan aydın hüquqi çərçivələrin mövcudluğu zəruridir. Beynəlxalq məlumatlar göstərir ki, bullinq Azərbaycanda hələ də ciddi problemdir....
Araşdırma

Xidməti avtomobili bazar qiymətindən 17 faiz baha alan məhkəmə

24 Aprel 2026

Sosial media

Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur. Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı...

Seçilmiş Videolar

Toplum TV loqo