Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

16 May, 2023
3725

Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.  
 
Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.  
 
Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan imtina ediblər. Deyirlər, buradakı işlərindən olmaqdan qorxurlar. 
 
Sahibkarlardan aylıq icarə pulunu yığdığı deyilən Rizvan adlı şəxs bunun əvəzində qəbz verməli olduğundan xəbərsiz olduğunu deyir. 
 
Məsələ ilə bağlı maşın bazarının rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, telefonlarımızı açan olmadı. Şikayətçi deyir, maşın bazarında icarəyə verilən ən az min dükan var. Minimum icarə haqqı isə iki min manatdır. Hər ay min sahibkardan alınan minimum icarə haqqını hesablayanda ortaya çıxan məbləğ iki milyon manatdır. Dövlət Vergi Xidməti isə nə şikayətçinin verdiyi məlumata, nə də bizim informasiya sorğumuza cavab vermir. Beləcə, maşın bazarında vergidən yayındırılan milyonların aqibəti bilinmir.   
 
Şikayətçi Ümid Ümidli məhkəməyə müraciət edəcəyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində müəmmalı ölümü: Belə hallarda dövlətin hansı öhdəlikləri var?

8 Yanvar 2026

Foto: sosial media

Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar etməsi barədə xəbər yayıldı. Siyasi məhbus hesab edilən Kərimli barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Özü və hüquq müdafiəçiləri həbsinin əsl səbəbi kimi onun sabiq prezident Heydər Əliyevin heykəlinin üzərinə “Stalin” yazmasını göstəriblər. Cəzaçəkmə müddətində E. Kərimli qeyri-insani rəftara məruz qaldığını, cərimə təcridxanasına (“kars”) salındığını və buna etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirmişdi. Tənqidçilər onun intiharı ilə bağlı yayılan xəbərlərə birmənalı yanaşmayaraq, cəzaçəkmə...
Araşdırma

Xaricdəki tənqidçilərə qarşı kütləvi təqib: Dövlət əleyhinə çağırışlar, yoxsa ifadə azadlığına görə cəzalandırma?

3 Dekabr 2025

Foto/kollaj: Toplum TV

Bu ilin noyabrında xaricdə yaşayan bir neçə bloger, jurnalist və ictimai xadim Baş Prokurorluğa çağırılıblar. Onların arasında jurnalist Sevinc Osmanqızı, siyasətçi Abid Qafarov, ictimai fəal Vaqif Allahverdiyev, siyasi icmalçı Beydulla Manafov, Murad Quliyev, tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu, bloger Manaf Cəlilzadə var. Adıçəkilən şəxsləri birləşdirən ortaq cəhət onların Cinayət Məcəlləsinin (CM) 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) təqsirli bilinmələridir. “Tribunat” hüquq platforması CM-in 281-ci maddəsini, adıçəkilən şəxslərin ittiham olunmasının qanunauyğunluğunu və ittihamların ifadə azadlığı ilə qarşılıqlı əlaqəsini araşdırıb. CM-in 281-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün...

Seçilmiş Videolar

Toplum TV loqo