Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr, 2026
30

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. 

Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib.

İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib. 

Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib. 

Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən çıxışına "stop" qoyulub. Əksər hallarda məhdudiyyətlər həmin şəxslərin müxtəlif cinayət işlərinə şahid kimi cəlb olunması ilə əsaslandırılsa da, bəzən adı heç bir cinayət işində keçməyən şəxslərə də "stop" qoyulur. 

Rəsmilər bu məhdudiyyətlər barədə bir qayda olaraq açıqlama vermirlər. Siyasətçilər və fəallar isə bu qərarları siyasi motivli hesab edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

21 noyabr 2026

Foto: Ülviyyə Əli

4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.  Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.  Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində...
Siyasət

Bəşir Süleymanlı: “USAID dövlət qurumlarına da maliyyə ayırıb, cinayətdirsə, hamıya şamil edilməlidir”

20 noyabr 2026

sosial media

Noyabrın 19-da “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya 7 il 6 ay həbs cəzası verilib. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. B.Süleymanlı Bakı Ağır Cinayətlər Məhkəməsindəki son sözündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, cinayət işinin siyasi sifarişlə açıldığını, müstəqil fəaliyyətinə və USAID-dən maliyyə alan QHT-lərə təzyiq məqsədi daşıdığını bildirib. “Toplum TV” Bəşir Süleymanlının son sözünü təqdim edir. “Mən vəkilim Elçin Sadıqovun dedikləri ilə razıyam. O, bu dırnaqarası cinayət işinin əsassız...

Seçilmiş Videolar

Toplum TV loqo