Dünya

BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb

24 noyabr, 2026
3

sosial media

BMT-nin baş katibi Antonio Quterreş süni intellektin yaratdığı risklərin idarə olunması üçün dünya ölkələrini qarşıdakı bir il ərzində vahid beynəlxalq çərçivə formalaşdırmağa çağırıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Quterreş bu barədə noyabrın 23-də Barbadosun paytaxtı Bridgetaunda keçirilən Süni İntellekt Təhlükəsizliyi üzrə xüsusi sammitdə çıxışı zamanı danışıb.
O, BMT-yə üzv dövlətləri səylərini əlaqələndirməyə, süni intellekt risklərinin idarə olunması üçün ümumi prinsiplər hazırlamağa və müstəqil nəzarət mexanizmi yaratmağa çağırıb.
Baş katib bildirib ki, bu proses bütün ölkələrin iştirakını təmin etməli, süni intellekt sistemlərinin təhlükəsizliyinə etibarlı nəzarəti nəzərdə tutmalıdır. Quterreş texnologiyanın sürətli inkişafı fonunda bəşəriyyətin öz gələcəyi üzərində nəzarəti qorumasının vacibliyini vurğulayıb.
O, beynəlxalq idarəetmə institutlarının da islahatlara ehtiyacı olduğunu deyib. Quterreşin fikrincə, 1945-ci ilin reallıqlarına uyğun formalaşmış mövcud institutlar bugünkü çağırışlara cavab vermək üçün yenilənməlidir. Bu, BMT-yə, beynəlxalq maliyyə və dünya ticarət sistemlərinə də aiddir.
Sammitdə süni intellektin təhlükəsizliyinin qiymətləndirilməsi üçün ortaq sınaq standartlarının hazırlanması, texnologiyanı yaradan və tətbiq edən şirkətlərin məsuliyyətinin artırılması, həmçinin müstəqil qiymətləndirmə mexanizmlərinin tətbiqi müzakirə olunub.
Tədbirin sonunda qəbul edilən “Bridgetaun Fəaliyyət Çağırışı”nda inkişaf etməkdə olan ölkələrin bu sahədə imkanlarının gücləndirilməsi də nəzərdə tutulub. Sənəddə süni intellekt sahəsində texnoloji fərqin azaldılması üçün ilkin mərhələdə təxminən 3 milyard dollar vəsaitin cəlb edilməsi hədəfi irəli sürülüb.
Quterreşin səlahiyyət müddəti dekabrda başa çatır. O bildirib ki, yeni baş katibə verəcəyi əsas tövsiyələrdən biri süni intellekt üzərində beynəlxalq nəzarətin təmin edilməsi olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

46 təşkilat Azərbaycanın ATƏT sədrliyinə təklif olunmasına qarşı çıxıb

24 noyabr 2026

sosial media

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etiraz edib və iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb. İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb. Onlar Azərbaycan hökumətini təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində “etibarlı tərəfdaş” hesab etmədiklərini və ölkənin ATƏT-ə sədrlik etməyə layiq olmadığını bildiriblər. İmzaçılar arasında ABŞ-dən “Freedom Now”, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi də var. Müraciətdə deyilir ki, noyabrın 19-da ATƏT-in Daimi Şurasında Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsi ehtimalı müzakirə olunub. Təşkilatlar bildirirlər ki, ATƏT-in idarəçiliyinin avtoritar hökumətə həvalə...
Dünya

Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia”nın rəhbəri vəzifəsinə qayıdıb

24 noyabr 2026

sosial media

ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qayıdıb. Tramp CNBC-yə açıqlamasında şirkətin idarə heyətini Huanqın vəzifəsinə qaytarılmasına razı saldığını bildirib. O, qərarın qəbulunda şəxsən iştirak etdiyini deyib. Huanq noyabrın 12-də şəxsi həyatı ilə bağlı yayılan iddialardan, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Alis Huanqla münasibətindən sonra vəzifəsindən istefa vermişdi. İddialarla bağlı araşdırma davam edir. “Nvidia”nın idarə heyəti qərarın ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə aparılan müzakirələrdən sonra qəbul edildiyini bildirib. Şirkət Huanqın yenidən rəhbərliyə qayıtmasının milli təhlükəsizlik riski yaratmadığını açıqlayıb. Huanqın vəzifəsinə qayıtması barədə xəbərdən sonra “Nvidia”nın səhmləri 32 faiz bahalaşıb....

Seçilmiş Videolar

Toplum TV loqo