Azərbaycan xaricdə sübutların toplanması haqqında Haaqa Konvensiyasına qoşulub
sosial media
Milli Məclis Azərbaycan Respublikasının “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
APA-nın məlumatına görə, məsələ noyabrın 24-də parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Layihəyə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqada imzalanmış Konvensiyaya bəyanatları və qeyd-şərtləri ilə qoşulur.
Konvensiya mülki və kommersiya xarakterli məhkəmə işləri üzrə beynəlxalq hüquqi əməkdaşlığı nəzərdə tutur. Sənəd digər ölkələrin ərazisində olan sübutların əldə edilməsi, şahid ifadələrinin alınması və məhkəmə araşdırması üçün zəruri sənədlərin toplanması ilə bağlı prosedurları müəyyənləşdirir.
Konvensiyaya qoşulma Azərbaycan məhkəmələrinin xarici ölkələrdə sübutların əldə edilməsi ilə bağlı müraciətlərinin beynəlxalq hüquqi mexanizmlər əsasında həyata keçirilməsinə imkan yaradacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosia media
HRW QHT-lərə yeni məhdudiyyətləri və Bəşir Süleymanlıya verilən hökmü “vətəndaş cəmiyyətinə təzyiq” adlandırıb
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub