Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verib
sosial media
Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Partiya üzvlərinin yaydığı məlumata görə, iclas şahidlərin dindirilməsi ilə davam edib.
Bildirilib ki, şahidlər arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev də olub.
AXCP-nin məlumatına görə, onların heç biri Əli Kərimlinin əleyhinə ifadə verməyib. Partiyanın açıqlamasında deyilir ki, şahidlər Ramiz Mehdiyevin Əli Kərimli ilə birlikdə dövlət çevrilişi hazırlaması barədə iddianı inkar ediblər.
“Timur Mehdiyev bildirib ki, atası təqaüdə çıxdıqdan sonra yalnız prezident İlham Əliyevə idarəçiliklə bağlı müəyyən tövsiyələr yazırdı. O, atasına buna ehtiyac olmadığını dediyini də ifadə edib”, - məlumatda qeyd olunub.
Ramiz Mehdiyevin keçmiş köməkçisi, hazırda həbsdə olan Eldar Əmirovun isə Mehdiyevin öz məhkəməsində verdiyi ifadəni təsdiqlədiyi bildirilir. AXCP-nin açıqlamasına görə, Əmirov deyib ki, Mehdiyev ona bir kağız və telefon nömrəsi verərək, kağızı həmin nömrə ilə əlaqə saxlayacağı şəxsə çatdırmağı tapşırıb. O da bunu edib.
Partiyanın iddiasına əsasən, istintaq həmin kağızın Mehdiyevin köməkçisi vasitəsilə keçmiş AXCP üzvü Fariz Əliyevə, onun vasitəsilə isə Əli Kərimliyə çatdırıldığını bildirir.
Növbəti məhkəmə iclası noyabrın 27-nə təyin edilib.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər ayrılıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP ittihamları siyasi motivli və əsassız hesab edir.
Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
R. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb.
Ötən ay məhkəmə istintaqı yekunlaşıb və R. Mehdiyev 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib
sosial media
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub