sosial media
Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etiraz edib və iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb.
İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb. Onlar Azərbaycan hökumətini təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində “etibarlı tərəfdaş” hesab etmədiklərini və ölkənin ATƏT-ə sədrlik etməyə layiq olmadığını bildiriblər.
İmzaçılar arasında ABŞ-dən “Freedom Now”, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi də var.
Müraciətdə deyilir ki, noyabrın 19-da ATƏT-in Daimi Şurasında Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsi ehtimalı müzakirə olunub. Təşkilatlar bildirirlər ki, ATƏT-in idarəçiliyinin avtoritar hökumətə həvalə edilməsi qurumun legitimliyini və etibarlılığını ciddi şübhə altına alar.
Bəyanatda Azərbaycanda 2013-cü ildən müstəqil vətəndaş cəmiyyətinə, media qurumlarına, jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı genişmiqyaslı təzyiqlərin həyata keçirildiyi, bu təzyiqlərin 2023-cü ilin sonundan daha da artdığı qeyd olunur. İmzaçılar Azərbaycan hüquq müdafiə qruplarının məlumatlarına istinadla ölkədə 300-dən çox siyasi məhbusun həbsdə olduğunu bildirirlər.
Təşkilatlar həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Venesiya Komissiyasının və BMT-nin İşgəncələrə Qarşı Komitəsinin Azərbaycan qanunvericiliyinin vətəndaş cəmiyyəti və media ilə bağlı beynəlxalq standartlara uyğun olmadığına dair mövqelərini xatırladıblar.
Müraciəti imzalayanlar ATƏT-in iştirakçı dövlətlərini Azərbaycanın sədrliyə istənilən namizədliyini rədd etməyə çağırıblar.
Azərbaycan tərəfi müraciətə hələlik münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb
sosial media
Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia”nın rəhbəri vəzifəsinə qayıdıb
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib