Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia”nın rəhbəri vəzifəsinə qayıdıb
sosial media
ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra Censen Huanq yenidən “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qayıdıb.
Tramp CNBC-yə açıqlamasında şirkətin idarə heyətini Huanqın vəzifəsinə qaytarılmasına razı saldığını bildirib. O, qərarın qəbulunda şəxsən iştirak etdiyini deyib.
Huanq noyabrın 12-də şəxsi həyatı ilə bağlı yayılan iddialardan, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Alis Huanqla münasibətindən sonra vəzifəsindən istefa vermişdi. İddialarla bağlı araşdırma davam edir.
“Nvidia”nın idarə heyəti qərarın ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə aparılan müzakirələrdən sonra qəbul edildiyini bildirib. Şirkət Huanqın yenidən rəhbərliyə qayıtmasının milli təhlükəsizlik riski yaratmadığını açıqlayıb.
Huanqın vəzifəsinə qayıtması barədə xəbərdən sonra “Nvidia”nın səhmləri 32 faiz bahalaşıb. Şirkətin bazar dəyəri bir trilyon dollardan çox artıb.
Bununla belə, ABŞ senatoru Elizabet Uorren qərarı tənqid edərək bildirib ki, bu addım “Nvidia”nın Çinə çip ixracına dair məhdudiyyətlərə əməl etməsi ilə bağlı sualları aradan qaldırmır. Huanqın dekabrın 1-də Konqresdə ifadə verməsi gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp TRIPP layihəsinin başlanması münasibətilə Əliyev və Paşinyana təşəkkür edib
whitehouse.gov
Ermənistanın konstitusiya layihəsi dərc olunub: "Müstəqillik bəyannaməsi"nə istinad çıxarılıb
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib