Araşdırma

Maşın bazarında qəbzsiz milyonlar - Dövlət Vergi Xidməti susur

16 May, 2023
2655

Ümid Ümidli Babək prospektində yerləşən maşın bazarında avtomobil detalları satmaqla məşğul imiş. Deyir, icarəyə götürdüyü dükana görə hər ay bazar rəhbərliyinə iki min manatdan çox pul ödəyirmiş. Amma bu pulun qarşılığında qəbz almaq istəyəndə bazar rəhbərliyi ona mənfi cavab verib.  
 
Ümid Ümidlinin sözlərinə görə, bundan sonra bazar rəhbərliyilə münasibətləri korlanıb və daha orada qalıb işləyə bilməyib.  
 
Həmin maşın bazarındakı başqa sahibkarlar da deyir ki, hər ay ödədikləri icarə pulunun qarşılığında onlara qəbz verilmir. Sahibkarlar düşünür ki, buna səbəb onlardan icarənin rəsmi qiymətindən artıq pul alınmasıdır. Bundan başqa icarə qiymətlərinin  bahalığından da şikayətlənsələr də, kamera qarşısına çıxmaqdan imtina ediblər. Deyirlər, buradakı işlərindən olmaqdan qorxurlar. 
 
Sahibkarlardan aylıq icarə pulunu yığdığı deyilən Rizvan adlı şəxs bunun əvəzində qəbz verməli olduğundan xəbərsiz olduğunu deyir. 
 
Məsələ ilə bağlı maşın bazarının rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, telefonlarımızı açan olmadı. Şikayətçi deyir, maşın bazarında icarəyə verilən ən az min dükan var. Minimum icarə haqqı isə iki min manatdır. Hər ay min sahibkardan alınan minimum icarə haqqını hesablayanda ortaya çıxan məbləğ iki milyon manatdır. Dövlət Vergi Xidməti isə nə şikayətçinin verdiyi məlumata, nə də bizim informasiya sorğumuza cavab vermir. Beləcə, maşın bazarında vergidən yayındırılan milyonların aqibəti bilinmir.   
 
Şikayətçi Ümid Ümidli məhkəməyə müraciət edəcəyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Araşdırma

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
 

26 Oktyabr 2024

Globalwoodsmarketinfo.com

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi. Xatırladaq ki, təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 2010-cu ildə Cənubi Afrika...
Araşdırma

Polis saxtakarlığı? Videogörüntülər həbs məkanının saxta olduğunu göstərir 

22 Aprel 2023
Bura Haşımovlar ailəsinin Yasamal rayonunda yerləşən evidir. Ailə üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.  Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər:  “Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq,...

Seçilmiş Videolar

Toplum TV loqo