Dünya

Tixanovskayanın Birləşmiş Keçid Nazirlər Kabineti “terrorçu” təşkilat kimi tanınıb

10 İyul, 2025
64

Foto: AFP/ Getty Images

Belarusda 2022-ci ildə Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya tərəfindən yaradılmış Birləşmiş Keçid Nazirlər Kabineti (UTC) "terrorçu" təşkilat kimi tanınıb. 

Bu barədə iyulun 10-da Belarus Baş Prokurorluğu məlumat yayıb .

Bildirilir ki, məhkəmə bu qərarı nəzarət orqanının tələbi ilə qəbul edib. 

Müdafiə sənayesi kompleksinin struktur bölmələri də “terrorçu” kimi tanınıb və təşkilatın Belarus ərazisində fəaliyyəti qadağan edilib.

2022-ci ilin sentyabrında Birləşmiş Keçid Nazirlər Kabineti “ekstremist birləşmə” kimi tanınmışdı.

Tixanovskayanın saytında qeyd edildiyi kimi, Belarusun Birləşmiş Keçid Kabineti ölkədə demokratik keçidi təmin etmək və siyasi böhranı aradan qaldırmaq məqsədilə yaradılmış icra orqanıdır.

O, həmçinin müstəqillik, suverenlik və vətəndaş hüquqlarının qorunması üzrə qərarların hazırlanmasına cavabdehdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Türkiyə İlon Maskın “Grok” platformasını qadağan edib 

9 İyul 2025

Foto/kollaj: Toplum TV

Türkiyə məhkəməsi milyarder İlon Maskın “xAI” şirkəti tərəfindən inkişaf etdirilən “Grok” “çatbot”unu qadağan edib.  Buna səbəb “X” sosial şəbəkəsində istifadə olunan, süni intellektlə idarə olunan “çatbot”un Prezident Rəcəb Tayyib Ərdoğan və ölkənin qurucusu Mustafa Kamal Atatürk də daxil olmaqla bir sıra fiqurlar haqqında təhqiramiz ifadələr paylaşması olub.  Nəticədə Türkiyə hökuməti “ictimai asayişə təhdid” ittihamı ilə ölkənin internet qanunvericiliyinə əsasən “Grok”a qarşı məhdudiyyətlərin tətbiqi üçün məhkəməyə müraciət edib. Cinayət məhkəməsi iyulun 9-da bu tələbi qəbul edərək, ölkənin telekommunikasiya orqanına qadağanın icrasını tapşırıb.  Bu hadisə “Grok”un son sistem yenilənməsi ilə bağlı yaranan daha böyük bir mübahisənin bir hissəsidir.  Müşahidəçilər deyir ki, yenilənmədən...
Dünya

Kreml: “Tramp ifadələrində kifayət qədər sərt üsluba malikdir" 

9 İyul 2025

Foto: Reuters

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin haqqındakı son tənqidlərinə münasibət bildirib.  Peskov iyulun 9-da rusiyalı jurnalistlərə tənqidləri sakit qəbul etdiklərini deyib.  "Tramp, ümumiyyətlə, ifadələrində kifayət qədər sərt üsluba malikdir" “, – o qeyd edib.  “Biz onun dilindən eşidirik ki, Ukrayna münaqişəsinin nizamlanması onun əvvəldən düşündüyündən xeyli daha çətin olub. Bu, bizim əvvəldən dediyimiz məsələdir – bu problemi bir gecədə həll etmək mümkün deyil”, - Peskov əlavə edib.  Onun sözlərinə görə, Moskva Vaşinqtonun Ukrayna münaqişəsini tez bir zamanda həll etmək istədiyini görür. “Burada fikir ayrılığı yoxdur, problemi siyasi və diplomatik vasitələrlə həll etmək arzusu var...

Seçilmiş Videolar

Toplum TV loqo