Dünya

ABŞ-da Fələstinə görə həbs olunan türk tələbə azadlığa buraxılıb

10 May, 2025
386

Reuters

ABŞ-ın Tafts Universitetinin tələbəsi, İsraili tənqid etdiyinə görə həbs olunan Türkiyə vətəndaşı Rumeysa Öztürk mayın 9-da azadlığa buraxılıb. 

Onun azad edilməsi barədə qərarı həmin gün federal məhkəmənin hakimi verib. 

“Bu, bir rahatlıq hissidir, axmayaraq ki, işə hələ xitam verilməyib, heç olmasa, Öztürk bu işi öz icması ilə birlikdə və Tafts Universitetində sevdiyi elmi fəaliyyətinə davam edərək apara bilər," — Öztürkün vəkili Eşa Bandari CNN-ə bildirib.

Tafts Universitetində doktorantura pilləsində təhsil alan 30 yaşlı Rumeysa Öztürk martın 25-də iftar yeməyinə gedərkən yolda mülki geyimli immiqrasiya xidməti işçiləri tərəfindən saxlanılmışdı.

Martın 26-da təhlükəsizlik departamenti Öztürkün “HƏMAS”a “dəstək olan fəaliyyətlərlə məşğul olduğu üçün” həbs olunduğunu desə də, hansı fəaliyyətlərdən söhbət getdiyi açıqlanmamışdı. 

Öztürk ötən ilin mart ayında Tafts Universitetinin virtual qəzetində digər tələbələrlə birlikdə köşə yazısı dərc edib. Yazıda universitet İsrail şirkətləri ilə əməkdaşlıqdan imtina etməməsinə görə tənqid olunurdu.

ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri tələbə və başqa leqal yaşayış icazəsi olan şəxslər “HƏMAS tərəfdarı” adı ilə həbs olunur və deportasiya olunmaq təhlükəsi ilə üzləşir.

Məhkəmələr isə onların bəziləri haqda azad edilmə qərarı verir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Avroviziya" qalibi İsrailə etiraz olaraq mükafatı qaytarır

13 Dekabr 2025

Foto: AP

Ötən il "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli müğənni Nemo gələn il yarışda İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracağını deyir.  Bu barədə o, "İnstagram" səhifəsində xəbər verib.  Onun sözlərinə görə, İsrailin müsabiqədə iştirakı ilə müsabiqənin müdafiə etdiyini bildirdiyi "birlik, inklüzivlik və ləyaqət idealları arasında açıq bir ziddiyyət" var.  Nemo bunu İsrailin Qəzza zolağında "soyqırımı" törətməsi ilə izah edib.  "Avroviziya" Mahnı Müsabiqəsinin direktoru Martin Qrin bildirib ki, bu xəbərdən “kədərlənib”, lakin Nemonun mövqeyinə hörmət edir. İsrailin gələn il "Avroviziya"da iştirakına qərar verilməsi Qəzzadakı müharibə fonunda qalmaqala səbəb olub. Beş ölkə - İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Niderland  İsrailin iştirakına görə gələn...
Dünya

İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədinin saxlanıldığı bildirilir

12 Dekabr 2025

Foto: açıq mənbə

2023-cü ildə Nobel Sülh Mükafatını qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İranda saxlanıldığı bildirilir.  Bu barədə onun yaxınları məlumat yayıb.  Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani "X" səhifəsində bildirib ki, fəal Məşəd şəhərində keçirilən tədbirdə digər tanınmış fəal Sepide Qolyanla birlikdə saxlanılıb. Həmin tədbirdə iştirak edən Məhəmmədinin qardaşı da xəbəri təsdiqləyib.  İran hüquq-mühafizə orqanları isə 53 yaşlı Məhəmmədinin saxlanılması ilə bağlı dərhal açıqlama verməyib. Bununla belə, tərəfdarları aylardır onun yenidən həbs edilmə riski altında olduğu barədə xəbərdarlıq edirdilər. Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi. O, İranda ölüm cəzasına və məcburi...

Seçilmiş Videolar

Toplum TV loqo