Dünya

Həyat yoldaşı Navalnının zəhərlə öldürüldüyünü deyir

17 Sentyabr, 2025
19

Foto: AFP

Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib. 

O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar.

“Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib. 

Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb. 

“Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların nəticələrini dərc etmələrini tələb edirəm. Yuxarı dairələr üçün hansısa səbəblərdən Putinə yaltaqlanmağı dayandırın,” —  Navalnaya bildirib. 

Rusiya Federal Cəzaçəkmə Xidməti 2024-cü il 16 fevralda Navalnının öldüyünü elan edib. Agentliyin məlumatına görə, siyasətçi “gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib” və reanimasiya cəhdləri uğursuz olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Belarusda daha 25 nəfər əfv edilib

17 Sentyabr 2025

Foto: Reuters

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Birlik Günü ərəfəsində daha 25 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb. Qərar 1994-cü ildən ölkəyə rəhbərlik edən Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq təsvir olunur.  “Belta” dövlət xəbər agentliyi xəbər verir ki, 12 qadın və 13 kişi sərbəst buraxılıb. Onların on doqquzunun yaşı 40-dan az olub və əksəriyyətinin uşaqları var.  Onların arasında "ekstremist" maddələrlə məhkum olunanlar da var.  Belarusda bir qayda olaraq siyasi fəalları bu maddələrlə təqib edirlər. Sentyabrın 11-də Belarusda 52 siyasi məhbus azadlığa buraxılıb. Onların arasında “Azadlıq Radiosu”nun jurnalisti İhar Losik və prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də...
Dünya

Kadırov Alla Puqaçovanı "xalq düşməni və xain" adlandırıb 

16 Sentyabr 2025

Foto: açıq mənbə

Çeçenistan lideri Ramzan Kadırov sentyabrın 15-də "Telegram" kanalında rusiyalı müğənni Alla Puqaçova haqqında paylaşım edib.  O, paylaşımında müğənninin bu yaxınlarda verdiyi müsahibədəki fikirlərinə cavab olaraq onu “xalq düşməni və xain” adlandırıb.  Kadırov Puqaçovanın çeçen separatçılarının keçmiş lideri, 1991–1996-cı illərdə Çeçenistan rəhbəri olmuş Cövhər Dudayev haqda dediklərinə etiraz edib. Puqaçova müsahibəsində Dudayevi “qeyrətli, mərd, ağıllı, yaraşıqlı insan” adlandırıb. Kadırov isə Puqaçovanın “çeçen xalqı üçün ən ağır dövrə etinasız yanaşdığını" deyib.  O, Dudayevi “çeçen xalqının problemlərinə biganə” olmaqda günahlandırıb. Çeçen lider, həmçinin, 1994-cü ildə Çeçenistandakı müharibənin “Puqaçova kimi satqınlar” tərəfindən başladıldığı fikrini irəli sürüb. Ramzan Kadırovun özü də 1994–1996-cı illərdə, Dudayevin rəhbərliyi...

Seçilmiş Videolar

Toplum TV loqo