Dünya

ABŞ-da türk tələbə Fələstinə dəstək olduğuna görə saxlanılıb

28 Mart, 2025
275

sosial media

ABŞ-da təhsil alan türkiyəli tələbə Fələstinə dəstək olduğuna görə saxlanılıb, vizası ləğv edilib. 

Tafts Universitetində doktorantura pilləsində təhsil alan 30 yaşlı Rumeysa Öztürk martın 25-də iftar yeməyinə gedərkən yolda mülki geyimli immiqrasiya xidməti işçiləri tərəfindən saxlanılıb.

Martın 26-da Vətənin Təhlükəsizliyi Departamenti Öztürkün “HƏMAS”a “dəstək olan fəaliyyətlərə məşğul olduğu üçün” həbs olunduğunu deyib, lakin hansı fəaliyyətlərdən söhbət getdiyi açıqlanmayıb. 

Öztürk ötən ilin mart ayında Tafts universitetinin virtual qəzetində digər tələbələrlə birlikdə köşə yazısı dərc edib. Yazıda universitet İsrail şirkətləri ilə əməkdaşlıqdan imtina etməməsinə görə tənqid olunur. 

Öztürkün həbsi ilə bağlı suala cavab verən ABŞ Dövlət katibi Marko Rubio tələbənin sadəcə köşə yazısına görə saxlanılması iddiasını rədd edib:

“ABŞ-a gəlmək və tələbə olmaq məqsədilə viza üçün müraciət etsəniz və desəniz ki, ABŞ-a gəlməyinizin səbəbi olaraq universitetləri vandalizmə məruz qoymaq, digər tələbələri təqib etmək, binaları ələ keçirmək, qalmaqal yaratmaq kimi işlərlə məşğul olan hərəkatlarda iştirak etmək istəyirsiniz, biz sizə viza verməyəcəyik."

Rubio əlavə edib ki, Öztürk də daxil olmaqla 300-dən çox tələbənin vizası ləğv edilib. 

Tələbənin qardaşı Asim Öztürk bacısının Fələstin məsələsi ilə bağlı “hər hansı təxribatçı və ya aqressiv hərəkətə yol vermədən ifadə azadlığı çərçivəsində fikrini ifadə etdiyini” bildirib. 

“Görünür, o, Trampın hakimiyyəti altında cadugər ovuna çıxan ICE-nin (İmmiqrasiya və Gömrük İcrası - red.) Fələstini dəstəkləyənlərə qarşı fəaliyyətinə məruz qalıb”, -o, Anadolu Agentliyinə deyib

Türkiyə xarici işlər nazirliyi Öztürkün məsələsini “yaxından izlədiklərini” və onu lazımi hüquqi yardımla təmin etdiklərini bildirib. 

ABŞ-da artıq bir neçə həftədir ki, tələbə və başqa leqal yaşayış icazəsi olan şəxslər “HƏMAS tərəfdarı” adı ilə həbs olunur və deportasiya olunmaq təhlükəsi ilə üzləşir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

1 Avqust 2025

Foto: Reuters

ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.  Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur.  Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb. Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur.  Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi. Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.” USAI...
Dünya

Putin internetdə “ekstremist” materialların axtarışını qadağan edib

1 Avqust 2025

Foto: Reuters

Rusiya prezidenti Vladimir Putin İnzibati Xətalar Məcəlləsinə internetdə “ekstremist” materialların “qəsdən” axtarışını qadağan edən dəyişiklikləri imzalayıb. O, həmçinin cinayət törətmək üçün VPN xidmətlərindən istifadəni ağırlaşdırıcı hal kimi tanıyan qanun imzalayıb.  VPN-in reklamına görə 500 min rubla qədər cərimə tətbiq olunacaq. Düzəlişlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir. Rusiyada "ekstremist" materialların siyahısında beş mindən çox maddə var və reyestr Ədliyyə Nazirliyi tərəfindən aparılır.  Bir gün öncə Aleksey Navalnının “Patriot” kitabının da bu siyahıya əlavə edildiyi məlum olub. Ekspertlərə görə, ekstremist fəaliyyətə “əsaslandıran” materiallar və ya “ekstremist”təşkilatların simvolları da ekstremist sayıla bilər.  Bu cür materialların tam siyahısı yoxdur, onlara çoxlu sayda obyektlər,...

Seçilmiş Videolar

Toplum TV loqo