Dünya

ABŞ-də edam cəzası icra edilən məhkum sağ qalıb

1 Oktyabr, 2026
5

açıq mənbə

ABŞ-nin Tennessi ştatında 30 il əvvəl törədilən qətl üzrə ölüm cəzasına məhkum edilən Krista Paykın öldürücü iynə ilə edamı uğursuz nəticələnib.

“Reuters” yazır ki, 50 yaşlı Payka çərşənbə axşamı öldürücü iynə tətbiq olunsa da, o, sağ qalıb. Məhbus daha sonra tibbi yardım üçün həbsxanadan kənardakı tibb müəssisəsinə aparılıb.
Edam prosesini izləyən jurnalistlər Paykın iynədən sonra nəfəs almaqda davam etdiyini, təngnəfəs qaldığını və ağrıdan şikayət etdiyini bildiriblər.

Onun vəkilləri proses zamanı federal məhkəməyə müraciət edərək edamın dayandırılmasını tələb ediblər. Vəkillərin sözlərinə görə, iki şprisdəki öldürücü dərman vurulsa da, müvəkkilləri hələ də sağ idi.

Tennessi Cəzaçəkmə Müəssisələri Departamenti isə prosedurun qüvvədə olan qaydalara uyğun həyata keçirildiyini açıqlayıb.

Ştatın qubernatoru Bill Li hadisədən sonra bu il keçirilməsi nəzərdə tutulan bütün edamların dayandırıldığını və müstəqil araşdırma başladılacağını bildirib. Bu, Tennessi ştatında bu il uğursuz nəticələnən ikinci edam cəhdidir.

Krista Payk 1995-ci ildə sinif yoldaşı Kollin Slemerin qətlinə görə ölüm cəzasına məhkum edilib. O, cinayətin törədildiyi vaxt 18 yaşında olub və 30 ilini ölüm kamerasında keçirib.

Paykın vəkilləri onun uşaqlıqda zorakılığa məruz qaldığını, psixoloji problemlərinin olduğunu bildirərək əfv olunmasını istəyiblər. İnsan haqları müdafiəçiləri də bu amillərin nəzərə alınmasına çağırıblar.

ABŞ-də qadınlar nadir hallarda edam olunurlar. Ölkədə ölüm hökmlərinin icrasının bərpa olunduğu 1976-cı ildən bəri 18 qadın edam edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Rusiya Kalininqradla bağlı NATO-ya nüvə xəbərdarlığı edib

30 Sentyabr 2026

sosial media

Rusiya NATO ölkələrinin Kalininqrad vilayətini ölkənin əsas ərazisindən təcrid etməyə cəhd göstərəcəyi halda nüvə silahından istifadə edə biləcəyini bildirib. Bu barədə Rusiyanın İrlandiyadakı səfirliyinin açıqlamasında deyilir. Diplomatik nümayəndəlik NATO-nun Kalininqrad vilayətinin dəniz və hava blokadasına hazırlaşdığına dair məlumatlar olduğunu iddia edib. Səfirlik bu baxımdan Litva, Polşa və Fransanın birgə keçirdiyi “Gallant Boar-2026” hərbi təlimlərinə diqqət çəkib. Açıqlamada təlimlərin Kalininqrad vilayətinə qarşı yönəldiyi, bölgənin hərbi və siyasi təcridinə, eləcə də dəniz və hava blokadasına hazırlıq xarakteri daşıdığı bildirilib. “Rusiya NATO ölkələri Kalininqrad vilayətini ölkənin qalan hissəsindən təcrid etməyə cəhd göstərərsə, öz ərazisini müdafiə etmək üçün bütün arsenalından, o cümlədən nüvə silahından...
Dünya

Putin Azərbaycana 1 milyon rubldan artıq nağd pul aparılmasını qadağan edib

29 Sentyabr 2026

moskvichmag.ru

Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların ölkəsindən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 1 milyon rubldan artıq nağd rubl çıxarmasını qadağan edib. Bu, sentyabrın 29-da imzalanan prezident fərmanında qeyd olunub. Fərmana əsasən, hökumətin müəyyənləşdirəcəyi hava limanlarından bank çıxarışı və ya Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda nəzərdə tutulan digər sənədlər əsasında 1 milyon rubldan artıq nağd rubl çıxarmaq mümkün olacaq. Aİİ-yə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Qadağanın pozulacağı halda vəsait müsadirə ediləcək. Fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslər və fərdi sahibkarlardan isə bütün vəsait alınacaq. Yeni qərarla...

Seçilmiş Videolar

Toplum TV loqo