sosial media
Rusiya NATO ölkələrinin Kalininqrad vilayətini ölkənin əsas ərazisindən təcrid etməyə cəhd göstərəcəyi halda nüvə silahından istifadə edə biləcəyini bildirib.
Bu barədə Rusiyanın İrlandiyadakı səfirliyinin açıqlamasında deyilir.
Diplomatik nümayəndəlik NATO-nun Kalininqrad vilayətinin dəniz və hava blokadasına hazırlaşdığına dair məlumatlar olduğunu iddia edib. Səfirlik bu baxımdan Litva, Polşa və Fransanın birgə keçirdiyi “Gallant Boar-2026” hərbi təlimlərinə diqqət çəkib.
Açıqlamada təlimlərin Kalininqrad vilayətinə qarşı yönəldiyi, bölgənin hərbi və siyasi təcridinə, eləcə də dəniz və hava blokadasına hazırlıq xarakteri daşıdığı bildirilib.
“Rusiya NATO ölkələri Kalininqrad vilayətini ölkənin qalan hissəsindən təcrid etməyə cəhd göstərərsə, öz ərazisini müdafiə etmək üçün bütün arsenalından, o cümlədən nüvə silahından istifadə etməyə hazır olacaq”, - səfirliyin açıqlamasında vurğulanıb.
Səfirlik belə bir ssenarinin silahlı toqquşma riskini artıracağını, həmçinin Rusiyanın münaqişənin ilkin mərhələsində NATO ölkələrindəki qərarvermə mərkəzlərinə preventiv zərbələr endirə biləcəyini qeyd edib.
Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrı yerləşən eksklavdır. Baltik dənizi sahilində yerləşən vilayət Polşa və Litva ilə həmsərhəddir.
Rusiya səfirliyi Avropada Moskvanın hərbi müdaxiləyə hazırlaşdığı barədə səsləndirilən fikirlərin müdafiə xərclərinin artırılmasına, Avropanın hərbiləşdirilməsinə və Ukraynaya maliyyə, hərbi və siyasi dəstəyin davamına haqq qazandırmaq məqsədi daşıdığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
moskvichmag.ru
Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”
forbes.ua
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”