İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr, 2026
239

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı." 

Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb. 

Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib. 

"Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan faydalı pay torpaqları 15–20%-dən çox ola bilməz. ​Son illər yeni iqtisadi komandanın kiçik ailə təsərrüfatlarını yox sayması, onlara qarşı yürüdülən yanlış siyasət məhdud imkanları da tükəndirdi. Hərçənd ki, ölkənin ərzaq təhlükəsizliyində, daxili təminatda kiçik ailə təsərrüfatlarının kifayət qədər payı var idi. Ərzaq üzrə idxaldan asılılığımızın hər il daha da artmasının ən böyük səbəbini də məhz bu təsərrüfatların sıradan çıxarılmasında axtarmalıyıq", - o əlavə edib. 

Ş.Nəcəfov torpaqların birləşdirilməsi siyasətini "uğursuzluqların günahını kəndlinin əlində qalan bir parça torpağın üstünə atmaq" kimi xarakterizə edib.

"Kərbəlayı İsmayılın sözü olmasın, kəndlinin əlində qalan son torpaq parçasını da əlindən almaq üçün indi də "konsolidasiya" oyununu ortaya atıblar.
​Dövlət reyestrində çoxlu sayda kiçik-kiçik pay torpaqları görünə bilər, amma o torpaqların çoxu artıq tək-tək əllərdə cəmləşib. Bu günə kimi Əmlak Komitəsi alqı-satqı zamanı hər pay torpağına çıxarış verəndə rüsum və xidmət haqqı almaq xətrinə torpaqların vahid bir çıxarışda birləşməsinə imkan vermirdi. İnsanlar var ki, bir kənddən 300–500 hektar pay torpağını alıb birləşdirərək özünə təsərrüfat yaratsa da, mülkiyyətinə vahid çıxarış ala bilməyib. Nə qədər ki, prezident islahatla bağlı hər hansı qərar verməmişdən öncə aidiyyəti məmurlar kəndlidən, fermerdən, iş adamından qabaq bu işdən necə pul qazanacağını düşünəcəklər, heç bir uğurlu nəticə əldə edə bilməyəcəyik", - o qeyd edib. 

Prezident İlham Əliyev sentyabrın 2-də kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına (birləşdirilmə) dair fərman verib. Fərmana görə, Nazirlər Kabineti altı ay ərzində torpaqların birləşdirilməsi qaydalarını hazırlayıb prezidentə təqdim etməlidir. 

İyul ayında Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası üçün qanun dəyişiklikləri qəbul edib. 

Deputatlar dəyişiklikləri kiçik kənd təsərrüfatı torpaqlarının əkilməsinin çətinliyi ilə əsaslandırıblar. Müstəqil ekspertlər isə bunun kəndlilərin torpaqlarının zorla əllərindən alınmasına gətirib çıxaracağını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo