Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək
sosial media
Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib.
Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər.
Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq.
Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq.
Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit və ya limit artımı üçün müraciət etdikdə, bank və ya BOKT onu mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandırmalıdır.
Qərara əsasən, məsafədən verilən kreditlər üzrə vəsait də dərhal köçürülməyəcək. Gün ərzində verilən və ya artırılan məbləğ minimum əməkhaqqının iki mislinədək olduqda, vəsait müqavilə bağlandıqdan iki saat sonra təqdim ediləcək. Məbləğ bu həddi keçərsə, vəsait 24 saat sonra veriləcək.
Müqavilələrdə borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad olunması ilə bağlı müddəa da nəzərdə tutulacaq. Həmçinin müqavilədə müştərinin məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat əks etdiriləcək.
Qərar oktyabrın 1-dən qüvvəyə minəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”