Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr, 2026
41

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib.

Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir.
O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır.

İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın maraqlarına zidd olduğunu bildirib. O, Paşinyan hökumətinin Qərbin siyasətinə daha çox uyğunlaşdığını və bunun regionda gərginliyi artırdığını iddia edib.
Vilayəti qeyd edib ki, Ermənistanın Azərbaycan, İran və Türkiyə ilə münasibətləri hazırda qeyri-sabit və gözlənilməz xarakter daşıyır. Onun fikrincə, Paşinyanın “Zəngəzur dəhlizi” adının “Tramp marşrutu” ilə əvəzlənməsi təklifini qəbul etməsi düşünülməmiş addımdır.

Xameneinin müşaviri Ermənistanın Tehrandakı səfiri və xarici işlər nazirinin müavini ilə görüşlərində İranın mövqeyini açıq şəkildə çatdırdığını vurğulayıb.
“İran Rusiyanın Ukrayna ilə bağlı problemlərini anlayır. Ermənistan isə Rusiyanın müharibəyə cəlb olunmasını Cənubi Qafqazın təhlükəsizliyinə marağının azalması kimi qiymətləndirərək yanlış hesablama apara bilər. Buna görə də mən müsahibələrimin birində bildirmişəm ki, İran Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan özünü Cənubi Qafqazın təhlükəsizliyini qorumaqdan məsul hesab edir”, - Vilayəti bildirib.

O, İranın regionla bağlı tarixi və təhlükəsizlik maraqlarına da toxunaraq, Böyük Kir dövründən etibarən Qafqazın və Dağıstanın Dərbəndədək olan ərazilərinin İran üçün təhlükəsizlik buferi rolunu oynadığını iddia edib.
Vilayəti ABŞ prezidenti Donald Trampın və müttəfiqlərinin İranın “qırmızı xəttini” keçməyə çalışacağı təqdirdə Tehranın sərt cavab verəcəyini də bəyan edib.
“Əgər Tramp və müttəfiqləri bu İran qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - deyə o, Ermənistanın Tehrandakı səfirinə çatdırdığı xəbərdarlığı xatırladıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...

Seçilmiş Videolar

Toplum TV loqo