sosial media
ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) direktor müavini Culian Gallinanın Rusiya ordusunda döyüşən 21 yaşlı oğlu ötən il Ukraynada ölüb.
Bu barədə “İStories” saytı aprelin 25-də xəbər verib.
Maykl Qlos adlı ABŞ vətəndaşının dostları sayta deyib ki, Qlos 2023-cü ildə universiteti yarımçıq qoyub və bir neçə ölkəyə səyahət edib. O, Türkiyənin Hatay vilayətində zəlzələdən əziyyət çəkənlərə könüllü yardım kampaniyasında da iştirak edib.
Dostlarından biri deyib ki, Qlos dünyadakı yoxsulluqdan şikayət edirdi və Qərb ölkələrinin hegemonluğunun sonunun gəldiyinə inanırdı.
Onu Türkiyədə qonaq edən başqa bir dostu qeyd edib ki, Qlos İsrailin bombaladığı Qəzza zolağından videolara baxırdı və İsrailə hərbi yardım etdiyi üçün öz ölkəsinə çox əsəbi idi.
“O, Rusiyaya getmək qərarına gəldi. ABŞ-a qarşı döyüşmək istəyirdi. Məncə baxdığı konspiroloji videolar onu ovsunlamışdı”, - dostu “İStories”ə deyib.
Qlos 2023-cü ilin avqustunda Gürcüstandan Rusiyaya keçib. Onun adı sentyabrdan bu ölkənin hərbi qeydiyyat sisteminə düşüb.
“İStories”in aşkar etdiyi fotolarda Qlosun Moskva vilayətində Avanqard təlim mərkəzində təlim keçdiyi görülür.
Sayta danışan bir rus əsgər deyib ki, Qlos 2023-cü ilin dekabrında ön cəbhəyə göndərilib. O, Ukraynanın Donetsk bölgəsində vuruşub.
Qlos 2024-cü ilin aprelində döyüşlərin birində həlak olub. Ailəsinin onun ölümü ilə bağlı paylaşdığı anım yazısında Qlosun Ukraynada, hansı şəraitdə öldüyü qeyd olunmayıb.
O, ötən ilin dekabrında ABŞ-da dəfn edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Reuters