Məhkəmə

“Toplum TV işi” üzrə həbs olunan Əli Zeynalın karserə salındığı iddia olunur

25 Aprel, 2025
38

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın cərimə təcridxanasına (karser) salındığı bildirilir. 

Bu barədə Toplum TV-yə onun yaxınları bildirilib.

Yaxınları deyir ki, bu gün təcridxanada zəng günü olsa da, o, zəng etməyib. Onlar Əli Zeynalın karserə salındığından şübhələnir. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əvəz Zeynallı azadlığa buraxılıb

25 Aprel 2025
“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb.  Bu barədə aprelin 25-də Nizami rayon Məhkəməsi qərar verib. Məhkəmə müdafiə tərəfinin jurnalistin səhhətindəki problemlərlə əlaqədar azadlığa buraxılması haqqında vəsatəti təmin edib.  Bu yaxınlarda Zeynallıda xərçəng xəstəliyi aşkar olunmuşdu. Həkimlər rəy vermişdi ki, dördüncü dərəcəli onkoloji xəstə olan Zeynallının müalicəsi həbsxana şəraitində mümkün deyil. Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib. Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittihamı irəli sürülüb. Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il...
Məhkəmə

Məhkəmə Əvəz Zeynallının xəstələyinin təsdiqini gözləyəcək

24 Aprel 2025

sosial media

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb. APA xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub. Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. Bir qədər əvvəl Zeynallıya xərçəng diaqnozu qoyulduğu haqda məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb. Zeynallı həyat yoldaşına bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib. Sonradan...

Seçilmiş Videolar

Toplum TV loqo