Siyasət

Məhkəmədəki çıxışından sonra Akif Qurbanova zəng məhdudiyyəti qoyulub

25 Aprel, 2025
25

ResPlatforma

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub.

Bunu Toplum TV-yə onun yaxınları deyib.

Yaxınları bildirir ki, bu gün Qurbanovun onlara zəng günü idi, amma buna icazə verilməyib.

Bu məhdudiyyətin səbəbi kimi onun və digər təqsirləndirilən şəxslərin aprelin 24-də “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesindəki sərt çıxış etmələri ehtimal olunur.

Prosesdə təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəmişdilər.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Helsinki Komitəsi: “Tofiq Yaqublu dərhal azad edilməlidir”

25 Aprel 2025

sosial media

Norveç Helsinki Komitəsi (NHK) həbsinə etiraz olaraq 25 gündür aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib. Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib. Təşkilat Yaqublunun adekvat, müstəqil tibbi yardımla təmin edilməsinə və onun dərhal azad edilməsinə çağırıb. Qurum T. Yaqublunun 2023-cü ilin dekabrından təcridxanada saxlanıldığını və onun siyasi motivli ittihamlarla 9 il azadlıqdan məhrum edildiyini qeyd edib. “Bu çox ciddi və narahatlıq doğuran vəziyyətdir. Tofiq Yaqublunun uzun müddətli aclıq aksiyası sağlamlığı və həyatı üçün böyük təhlükə yaradır. Bu həbs və onun dinc fəaliyyətinə qarşı illərlə davam edən təzyiqlər beynəlxalq insan haqları prinsiplərinı ziddir”,...
Siyasət

İlham Əliyev: Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır

25 Aprel 2025

prezident.az

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Prezident bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən deyib. O qeyd edib ki, Cənub Qaz Dəhlizi 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında əhəmiyətli rol oynayır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. “Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoq mövcuddur”, - Əliyev bildirib.

Seçilmiş Videolar

Toplum TV loqo