Dünya

Tramp “erməni soyqırımı” ifadəsini işlətməyib

25 Aprel, 2025
101

Reuters

ABŞ Prezidenti Donald Tramp aprelin 24-də 1915-ci ildə Osmanlı imperiyası ərazilərində ermənilərin kütləvi ölümünü anarkən “soyqırımı” ifadəsini işlətməkdən imtina edib. 

"Bu gün biz Meds Yeqherni (ermənicədən tərcümədə Böyük Şər Cinayəti - red.) anırıq və XX əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak olan çoxlu sayda insan üçün yas tuturuq", – Trampın bəyanatında yazılıb. 

Bu, əvvəlki prezident Co Baydenin yanaşması ilə ziddiyət təşkil edib. Bayden ermənilərə qarşı qətliamı “soyqırımı” olaraq tanıyan ilk ABŞ Prezidenti kimi tarixə düşmüşdü. 

Trampın mövqeyindəki dəyişiklik ABŞ-dakı erməni diasporunun tənqidlərinə səbəb olub. 

Vaşinqtonda mənzillənən lobbi qrupu Amerikanın Erməni Milli Komitəsi (ANCA) Trampın qərarını “sərt şəkildə” qınayıb və bunu “utancverici geriçəkilmə” adlandırıb. 

“Bu, Türkiyənin təhdidlərinə rüsvayçı şəkildə təslim olmaq deməkdir - Azərbaycan və Türkiyənin xristian ermənilərə qarşı davam edən soyqırım təcavüzünün qarşısını almaq üçün millətimizin məsuliyyətinin utancverici bir şəkildə ləğvidir”, - ANCA-nın icraçı direktoru Aram Hamparyan bildirib.

Eyni gündə Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası da “X” səhifəsində anım məqsədilə paylaşdığı yazıda əvvəlcə “soyqırımı qurbanları” ifadəsini işlədib, lakin daha sonra onu “1915-23 qurbanları” ilə əvəz edib. 

1915-ci il hadisələri Fransa, Almaniya və İtaliya da daxil olmaqla, Aİ-nin üzv dövlətinin əksəriyyətinin parlamentləri və hökumətləri tərəfindən “soyqırımı” kimi rəsmən tanınıb. Aİ institutları və rəsmiləri isə məsələ ilə bağlı açıqlamalarında “soyqırımı” sözündən istifadə etməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda 10 gündə 2-ci müxalifət lideri həbs olunub

30 May 2025

Foto: AFP

Gürcüstanda son 10 gündə ikinci müxalifət lideri həbs olunub.  Mayın 30-da Tbilisi Şəhər Məhkəməsi “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Nika Meliyanın haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib.  Meliya mayın 29-da polis tərəfindən saxlanılıb.  Vəkili deyib ki, saxlanılarkən onunla polis arasında insident yaşanıb.  Meliya daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi. O, girov müqabilində azadlıqda qala bilirdi. Meliya girovu ödəməyəcəyini ictimai şəkildə bəyan edib və onun azadlıq müddəti mayın 29-da başa çatıb.  Mayın 22-də koalisiyanın digər lideri Zurab Caparidze də eyni səbəblə həbs olunub.
Dünya

İsrail Qərb Sahilində “ən böyük qanunsuz genişlənmə” planını təsdiqləyib

30 May 2025

Foto: AFP

İsrail Fələstin dövlətinin ərazisi kimi tanınan İordaniya çayının qərb sahilində qanunsuz yaşayış məskənlərini artırmağa qərar verib.  İsrailin müdafiə və maliyyə nazirlərinin mayın 29-da yayımladığı birgə bəyanatda deyilir ki, Qərb Sahilində 22 yeni məntəqə salınacaq.  “Bütün yeni icmalar uzunmüddətli strateji baxışla yaradılır. Məqsəd ərazidə İsrailin nəzarətini gücləndirmək, Fələstin dövlətinin qurulmasının qarşısını almaq və gələcək onilliklər üçün məskunlaşma ehtiyatlarını təmin etməkdir,” – bəyanatda deyilir. Məskunlaşmaları izləyən İsrail qeyri-hökumət təşkilatı olan “Peace Now” bildirib ki, bu, 30 ildən çox əvvəl imzalanmış Oslo Sazişindən bəri yaşayış məntəqələrinin ən irimiqyaslı genişləndirilməsi olacaq.  Fələstin Muxtariyyətinin sözçüsü Nabil Əbu Rudeyneh bu planı “təhlükəli gərginlik” və “beynəlxalq legitimliyə,...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo