sosial media
“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb.
Bu barədə aprelin 25-də Nizami rayon Məhkəməsi qərar verib. Məhkəmə müdafiə tərəfinin jurnalistin səhhətindəki problemlərlə əlaqədar azadlığa buraxılması haqqında vəsatəti təmin edib.
Bu yaxınlarda Zeynallıda xərçəng xəstəliyi aşkar olunmuşdu. Həkimlər rəy vermişdi ki, dördüncü dərəcəli onkoloji xəstə olan Zeynallının müalicəsi həbsxana şəraitində mümkün deyil.
Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib.
Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittihamı irəli sürülüb.
Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media