Reuters
ABŞ Prezidenti Donald Tramp aprelin 24-də 1915-ci ildə Osmanlı imperiyası ərazilərində ermənilərin kütləvi ölümünü anarkən “soyqırımı” ifadəsini işlətməkdən imtina edib.
"Bu gün biz Meds Yeqherni (ermənicədən tərcümədə Böyük Şər Cinayəti - red.) anırıq və XX əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak olan çoxlu sayda insan üçün yas tuturuq", – Trampın bəyanatında yazılıb.
Bu, əvvəlki prezident Co Baydenin yanaşması ilə ziddiyət təşkil edib. Bayden ermənilərə qarşı qətliamı “soyqırımı” olaraq tanıyan ilk ABŞ Prezidenti kimi tarixə düşmüşdü.
Trampın mövqeyindəki dəyişiklik ABŞ-dakı erməni diasporunun tənqidlərinə səbəb olub.
Vaşinqtonda mənzillənən lobbi qrupu Amerikanın Erməni Milli Komitəsi (ANCA) Trampın qərarını “sərt şəkildə” qınayıb və bunu “utancverici geriçəkilmə” adlandırıb.
“Bu, Türkiyənin təhdidlərinə rüsvayçı şəkildə təslim olmaq deməkdir - Azərbaycan və Türkiyənin xristian ermənilərə qarşı davam edən soyqırım təcavüzünün qarşısını almaq üçün millətimizin məsuliyyətinin utancverici bir şəkildə ləğvidir”, - ANCA-nın icraçı direktoru Aram Hamparyan bildirib.
Eyni gündə Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası da “X” səhifəsində anım məqsədilə paylaşdığı yazıda əvvəlcə “soyqırımı qurbanları” ifadəsini işlədib, lakin daha sonra onu “1915-23 qurbanları” ilə əvəz edib.
1915-ci il hadisələri Fransa, Almaniya və İtaliya da daxil olmaqla, Aİ-nin üzv dövlətinin əksəriyyətinin parlamentləri və hökumətləri tərəfindən “soyqırımı” kimi rəsmən tanınıb. Aİ institutları və rəsmiləri isə məsələ ilə bağlı açıqlamalarında “soyqırımı” sözündən istifadə etməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Dnepropetrovsk vilayət prokurorluğu