sosial media
Çeçenistan hakimiyyətinin patrul əməkdaşlarına hücumda ittiham etdiyi 17 yaşlı yeniyetmənin meyiti iki həftədən çoxdur basdırılmır.
Yerli müxalif hərəkat NIYSO-nun xəbər verdiyinə görə, polis tərəfindən öldürülməsindən 17 gün keçməsinə baxmayaraq, yeniyetmənin meyiti hələ də Açxoy-Martan şəhərinin polis idarəsində zibil qutularının yanında saxlanılır.
Çeçenistanda hüquq-mühafizə orqanları əməkdaşlarına hücum aprelin 7-də axşam saatlarında baş verib. Hadisə nəticəsində 2 yol polisi əməkdaşı bıçaqlanıb, onlardan biri xəstəxanada ölüb.
Hücumu həyata keçirdiyi deyilən 17 yaşlı Xumaşev soyadlı yeniyetmə hadisə yerindəcə öldürülüb. Hadisənin səbəbləri məlum deyil.
Yerli məmurlar Ramzan Kadırovun qətlə yetirilən şəxsin qohumlarının Çeçenistandan çıxarılacağı və əmlaklarının dövlətə keçəcəyi ilə bağlı sözlərini təsdiqləyiblər.
İddialarıdan biri də o idi ki, yeniyetmənin yaxınlarına onu dəfn etməyə icazə verilməyəcək.
Həmçinin, aprelin 9-da yeniyetmənin meyiti Açxoy-Martan şəhərinin meydanında mitinqdə nümayiş etdirilmişdi.
“Kavkazski uzel” nəşrinin yazdığına görə, hakimiyyət dövlət sektorunun işçilərini, müəllimləri və orta məktəb şagirdlərini Açxoy-Martan administrasiyası yaxınlığındakı meydana toplayıb. Tədbirdə bələdiyyə sədri Xoza Bursaqov da iştirak edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Dnepropetrovsk vilayət prokurorluğu