Foto: CBS
ABŞ İranın nüvə istehsalı müəssisələrinə zərbələr endirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp əvvəlcə "Truth Social" sosial şəbəkəsində xəbər verib.
O yazıb ki, ABŞ ordusu onun əmrilə İranın Natanz və İsfahan şəhərlərində və Fordo qəsəbəsindəki nüvə müəssisələrinə zərbələr endirib.
"Fordodakı əsas müəssisəyə bütöv bomba yükü atıldı. Təyyarələrimiz İran səmasını artıq tərk ediblər və vətənə qayıdırlar. Dünyada bunu edə biləcək başqa hərbi qüvvə yoxdur! İndi isə sülh vaxtıdır", - Tramp qeyd edib.
Daha sonra Ağ Evdə çıxış edən prezident əməliyyatı "möhtəşəm hərbi uğur" adlandırıb və bununla İranın nüvə müəssisələrinin "tamamilə sıradan çıxarıldığını" iddia edib.
O, həmçinin, İrana sülhə gəlməyəcəyi təqdirdə əlavə hücumlar edəcəyi ilə xəbərdarlıq edib.
"CNN" telekanalı bir rəsmiyə istinadən bildirib ki, ABŞ altı B-2 bombardmançısından istifadə edərək İranın Fordo nüvə obyektinə on iki ədəd “bunker dağıdan” bomba atıb. Həmin rəsmiyə görə, Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlar Natanz və İsfahan da iki başqa obyektə 30 ədəd TLAM qanadlı raketi atıb, B-2 təyyarəsi isə Natanz üzərinə əlavə olaraq iki “bunker dağıdan” bomba buraxıb.
İranın Ali lideri Seyid Əli Xameneinin məsləhətçisi Hüseyn Şəriətmadari ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə raket zərbələri endirilməsinə və əsas neft nəqliyyat marşrutu olan Hörmüz boğazının bağlanmasına çağırıb.
Xameneinin özü isə hələ ki ictimai reaksiya verməyib.
İranın dəstəklədiyi, Livanın cənubuna nəzarət edən Husi qruplaşmasının rəsmisi Trampın zərbələrin "cəzasını çəkəcəyini" bildirib.
BMT-nin Baş katibi Antonio Quterris isə ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: AP
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"