Dünya

ABŞ Məhkəməsi “Azadlıq Radiosu”nun lehinə qərar verib

26 Mart, 2025
222

RFE/RL

ABŞ-da məhkəmə “Azad Avropa/Azadlıq Radiosu”nun ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddiaya baxıb və radionun lehinə qərar verib.

Qərara əsasən, məhkəmə işə mahiyyəti üzrə baxana qədər agentlik radioya fəaliyyətini dayandırmağı qadağan edə bilməz. 

Hakim qeyd edib ki, USAGM radionun qrantını və fəaliyyətini dayandırmaq barədə qərarını yetərincə əsaslandırmayıb. O əlavə edib ki, maliyyəsi Konqres tərəfindən ayrılan “Azadlıq radiosu”nun fəaliyyətini davam etdirməsi ictimaiyyətin marağındadır. 

Məhkəmə iclasından öncə USAGM radionun mart ayının ilk iki həftəsi üçün nəzərdə tutulan 7 milyon yarım ABŞ dolları məbləğində qrantı ödəyəcəyini bildirib. Lakin radio bu ilin sonuna qədər ayrılan, 77 milyon dollar məbləğində olan qrantın ödənilməsini tələb edir. Məhkəmə bu vəsatətə növbəti həftələrdə baxacaq. 

“Azad Avropa/Azadlıq radiosu”nun prezidenti Stepen Kapus hakimin qərarını alqışlayıb. O, qrantın qalan hissəsinin də ödənilmə qərarının veriləcəyini “səbirsizliklə gözlədiklərini” deyib.

“Bu qərar bütün dünya üzrə jurnalistlərimizə güclü bir mesaj göndərir: Onların Konqres tərəfindən hazırlanmış missiyası layiqli və dəyərli bir missiyadır və davam etməlidir. 75 ildir ki, Azadlıq Radiosu dünyanın ən repressiv cəmiyyətlərinin bir çoxunda senzura ilə mübarizə apararaq Amerikanın milli təhlükəsizlik maraqları ilə sıx uyğunlaşır”, - o bildirib. 

ABŞ Konqresindən maliyyələşən “Azadlıq radiosu”nun, habelə “Amerikanın Səsi” radiosunun fəaliyyətləri prezident Donald Trampın mediaların işinə nəzarət edən USAGM ilə bağlı verdiyi qərardan sonra dayandırılıb. 

“Azadlıq radiosu” 1950-ci ildə kommunist propaqandanı dəf etmək üçün yaradılıb, 1995-ci ildə baş ofisi Münixdən Praqaya köçüb. Radio 23 ölkədə 27 dildə olmaqla yayım aparırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırır

25 İyun 2025

Foto: Reuters

İran parlamenti iyunun 25-də Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarət qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləyib.  Bu barədə İranın dövlət mediası məlumat yayıb. Bu addım İranla İsrail arasında İranın nüvə proqramı üstündə baş vermiş hərbi münaqişədən sonra atılıb.  İsrail və ABŞ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istədiyini və buna nail olduqlarını bildirib. Artıq atəşkəslə başa çatan münaqişənin gedişində ABŞ ordusu İranın nüvə obyektlərini bombalayıb.  İran isə nüvə obyektlərinin böyük zərər görmədiyini, uran zənginləşdirməyə davam edəcəyini deyir.  Qanun layihəsi qüvvəyə minməsi üçün İranın Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Layihəyə əsasən, AEBA-nın gələcəkdə ölkədə...
Dünya

ABŞ kəşfiyyatı İranın nüvə proqramının tam məhv edilmədiyini deyir 

25 İyun 2025

Foto: Reuters

ABŞ kəşfiyyatının ilkin analizləri İranın nüvə proqramının tam məhv edilmədiyindən xəbər verir.  Bunu “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib.  Pentaqonun nəzdində olan Müdafiə Kəşfiyyatı Agentliyinin ilkin hesabatına əsasən, iyunun 22-də İranın üç nüvə obyektinin ABŞ ordusu tərəfindən bombalanmasına baxmayaraq, nüvə proqramının əsas komponentləri məhv edilməyib və proqram yalnız bir neçə ay geriyə düşüb.  Nüvə obyektlərinə dəyən ziyanın İranın nüvə proqramına təsirinin təhlili hələ davam edir və daha çox kəşfiyyat məlumatı əldə edildikcə dəyişə biləcəyi bildirilir. Lakin ilkin nəticələr Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə və büsbütün məhv edildiyini” iddia etməsi ilə ziddiyyət təşkil edir. Hesabat ilə...

Seçilmiş Videolar

Toplum TV loqo