Dünya

ABŞ Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan edib 

15 Yanvar, 2026
81

Foto: Reuters

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof Qəzza üçün nəzərdə tutulan sülh planının ikinci mərhələsinin başladığını elan edib. 

O, bu barədə yanvarın 14-də "X" səhifəsində yazıb. 

Vitkofun sözlərinə görə, bu mərhələdə Qəzzanın demilitarizasiyası, texnokratik idarəetməyə keçid və müharibədən çıxmış bölgənin bərpası nəzərdə tutulub. 

"İkinci mərhələ Qəzzada keçid dövrü üçün texnokratik Fələstin administrasiyasını — Qəzzanın İdarə Olunması üzrə Milli Komitəni (NCAG) — yaradır və Qəzzanın tam demilitarizasiyasına və bərpasına start verir; əsasən də bütün icazəsiz silahlı şəxslərin tərksilah edilməsini əhatə edir. ABŞ HƏMAS-ın öhdəliklərinə tam şəkildə əməl edəcəyini, o cümlədən sonuncu mərhum girovun dərhal qaytarılmasını gözləyir. Bu tələblərə əməl edilməməsi ciddi nəticələrə səbəb olacaq", - o qeyd edib. 

Vitkof Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının tərk-silah olmayacağı halda hansı nəticələrin olacağına aydınlıq gətirməyib. 

HƏMAS isə tərk-silah məsələsi ilə bağlı birmənalı mövqe ortaya qoymayıb. Qruplaşma dəfələrlə bildirib ki, yalnız Fələstin dövləti qurulduqdan sonra tərk-silah olunacaq və silahlarını yeni yaradılacaq dövlətə təhvil verəcək.

ABŞ prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə İsrail və Qəzzaya nəzarət edən HƏMAS qruplaşması arasında atəşkəs razılaşmasının əldə olunmasından üç aydan çox keçir. Buna baxmayaraq, bu müddət ərzində İsrail ordusu atəşkəsi pozmaqda davam edib və 400-dən çox sakinin ölümünə səbəb olub. 

Trampın 20 maddəlik sülh planının birinci mərhələsində atəşkəslə yanaşı, tərəflər arasında əsir və girovların mübadiləsi də nəzərdə tutulurdu. 

İkinci mərhələdə isə Vitkofun qeyd etdiyi məqamlardan əlavə, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması və əraziyə beynəlxalq sabitləşdirici qüvvənin yerləşdirilməsi nəzərdə tutulub. 

Vitkof sözügedən məqamlara son açıqlamasında yer verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Avropa Məhkəməsi Rusiyaya qarşı 879 şikayət ərizəsinə baxmaqdan imtina edib

4 Sentyabr 2026

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il sentyabrın 16-dək baş vermiş pozuntularla bağlı Rusiyaya qarşı verilmiş 879 şikayəti baxılan işlərin siyahısından çıxarıb. Məhkəmənin açıqlamasına görə, Rusiyanın silahlı münaqişələrdə iştirakı ilə bağlı şikayətlər bu qərara daxil edilməyib və onlara ayrıca baxılacaq. Şikayətlər ədalətli məhkəmə araşdırması, mülkiyyət və ifadə azadlığı, saxlanma şəraiti, miqrasiya, hərəkət azadlığı və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir. AİHM bildirib ki, qərar şikayətlərin qəbuledilməz və ya əsassız olması ilə bağlı deyil. Məhkəmə əsas səbəb kimi Rusiyanın 2022-ci ilin martından əməkdaşlığı dayandırmasını, sorğulara cavab verməməsini və qərarları icra etməyəcəyini bildirməsini göstərib. Məhkəməyə görə, şikayətlərin hər birinə ayrıca baxılması...
Dünya

Netanyahu: "Əsas missiyamız İranda rejim dəyişikliyidir, buna yaxınıq"

4 Sentyabr 2026

sosial media

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin əsas missiyasının İranda rejim dəyişikliyi olduğunu deyib.  O, bunu sentyabrın 3-də Təl-Əvivdə keçirilən forumda dilə gətirib.  "Rejim artıq sarsılır. O, heç vaxt olmadığı qədər zəifdir. Rejim öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır", - Netanyahu qeyd edib.  “Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq, başqa sözlə, bu rejimi devirmək gücündə olduğumuza əminəm. Qarşıda bizi hələ də gözləyən əsas missiya məhz budur, amma bu məqsədə artıq yaxınıq. Bu, mümkünsüz deyil. Buna nail olmaq əlimizdədir", - o əlavə edib.  Bu ilin fevralın sonunda İsrail ABŞ ilə birlikdə İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə tərəflər arasında atəşkəs əldə...

Seçilmiş Videolar

Toplum TV loqo