sosial media
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib.
Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur.
Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib.
“Rosneft” şirkətinə məxsus zavod Samara vilayətinin ən iri neft emalı müəssisələrindən biridir. İllik emal gücü təxminən 7 milyon ton olan müəssisədə benzin, dizel yanacağı, mazut və digər neft məhsulları istehsal olunur.
“Axios”un telefon danışığı barədə məlumatlı mənbəyə istinadən yazdığına görə, ABŞ prezidenti Donald Tramp sentyabrın 20-də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışığında Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib. O, bunu hücumların dünya bazarında dizel yanacağının qiymətini artırması ilə əsaslandırıb.
Zelenski həmin danışıq barədə açıqlamasında Trampla Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini bildirib. Onun neft emalı zavodlarına zərbələrin dayandırılması istəyinə necə cavab verdiyi isə açıqlanmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
president.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”