Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr, 2026
8

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb.

Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb.

Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb.

Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib.

Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib.

Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən əvvəl yeniyetmənin həmyaşıd zorakılığına məruz qalması barədə iddialar da yoxlanılır.

Hücumdan bir gün əvvəl Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və milli təhsil naziri Yusuf Tekin “Məktəb təhlükəsizliyi protokolu”nu imzalayıblar.

Çiftçi mərasimdə ötən tədris ilində Kahramanmaraş və Şanlıurfada baş verən silahlı hücumlardan sonra məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyib. Həmin hücumlarda ümumilikdə 10 şagird və müəllim həyatını itirib.

Milli təhsil naziri isə ölkədəki 65 mindən çox məktəbin hər birinin təhlükəsizlik baxımından yoxlanıldığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Latviya Usmanov və Fridmana qarşı sanksiyaların ləğvinə etiraz edib

22 Sentyabr 2026

president.az

Latviyanın etirazı səbəbindən rusiyalı iş adamları Alişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaların ləğvi məsələsi təxirə düşüb. LETA agentliyi bu barədə Latviyanın baş nazirinin ofisinə istinadən məlumat yayıb. Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Liqa Yermakane nəşrə bildirib ki, Avropa İttifaqı (Aİ) səviyyəsində qərarın qəbulu prosesi davam edir və vəziyyət dəyişə bilər. O, nazirliyin yekun qəraradək ölkənin mövqeyini şərh eAvropa tməyəcəyini deyib. Bir gün əvvəl “Reuters” avropalı diplomatlara istinadən Aİ ölkələrinin Usmanov və Fridmana qarşı sanksiyaların ləğvi barədə ilkin razılığa gəldiyini yazmışdı. Razılaşma Rusiyanın təxminən 2700 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların müddətinin uzadılmasını da nəzərdə tuturdu. Agentliyin məlumatına görə, Aİ...
Dünya

Almaniyada seçkilər: Türkiyə əsilli Elif Eralpın təmsil etdiyi Sol Partiya Berlində qalib gəlib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 20-də Almaniyada keçirilən əyalət seçkilərində Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə “Almaniya üçün Alternativ” (AfD) ən çox səs toplayıb. Bu barədə “Euronews” məlumat yayıb. “Infratest dimap”ın hesablamalarına görə, Berlində Sol Partiya 25,7 faiz səslə ilk dəfə birinci olub. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 18,8, AfD isə 16,3 faiz səs qazanıb. Bununla da şəhərdə hakimiyyətdə olan CDU-Sosial Demokrat Partiyası (SPD) koalisiyası parlament çoxluğunu itirib. Sol Partiyanın əsas namizədi Elif Eralp hökumətə rəhbərlik edə bilsə, Berlinin miqrant mənşəli ilk meri olacaq. Münxendə doğulan Eralpın valideynləri 1980-ci ildə Türkiyədən Almaniyaya sığınıblar. Eralp seçki kampaniyasında əsasən mənzil probleminə diqqət...

Seçilmiş Videolar

Toplum TV loqo