Foto: Andrew Harnik/Getty Images
Keçmiş ABŞ Prezidenti Co Baydenə prostat xərçənginin “aqressiv forması” diaqnozu qoyulub.
Mayın 18-də Baydenin şəxsi ofisindən verilən məlumatda bildirilir ki, xərçəng 82 yaşlı siyasətçinin sümüklərinə metastaz verib.
“Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəngin hormonlara həssas olduğu görünür ki, bu da onun effektiv şəkildə idarə olunmasına imkan verir. Co Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər”, – bəyanatda deyilir.
2021-ci ildən bu ilin yanvarın 20-ə qədər ABŞ-ı idarə edən Bayden bu ölkənin ən yaşlı prezidenti kimi tarixə düşüb.
2024-cü ilin noyabrındakı prezident seçkisində də namizədliyini verən Bayden fiziki və əqli sağlamlığı haqda narahatlıqlar geniş vüsət aldıqdan sonra namizədliyini geri götürmüşdü.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Baydenin diaqnozu ilə bağlı xəbəri “eşidib kədərləndiyini” yazıb.
“[Co Baydenin həyat yoldaşı] Cill və ailəsinə ən səmimi və xoş arzularımızı göndəririk, Coya isə tez və uğurlu bir sağalma diləyirik”, - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fofo: Toplum TV
Foto: Reuters
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub