Dünya

“Amnesty International” Rusiyada “arzuolunmaz təşkilat” elan olundu

19 May, 2025
65

Fofo: Toplum TV

Rusiyanın Baş Prokurorluğu beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International”-ı “arzuolunmaz təşkilat” elan edib. 

Prokurorluğun mayın 19-da açıqladığı qərara əsasən, təşkilatın Rusiyada fəaliyyəti qadağandır və onunla əməkdaşlıq cinayət məsuliyyəti yaradır.

Prokurorluq “Amnesty”-ni “rusofob layihələrin mərkəzi” adlandırıb və təşkilatın Ukraynanın maraqlarını müdafiə etdiyini iddia edib. 

Təşkilat bir qədər əvvəl Rusiyanın Ukraynaya qarşı hərəkətlərini insanlığa qarşı cinayət adlandırmışdı.

Bununla da “Amnesty International” Rusiyada qadağan olunmuş 223 təşkilatın siyahısına daxil edilib.

Təşkilat hələki qərara münasibət bildirməyib.

“Amnesty International” 1961-ci ildə yaradılmış beynəlxalq insan hüquqları təşkilatıdır. 

Təşkilat dünyada insan hüquqlarının pozulmasını sənədləşdirir və vicdan məhbuslarının azadlığı uğrunda kampaniyalar aparır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya Ukraynaya qarşı “ən böyük dron hücumunu” həyata keçirib

19 May 2025

Foto: Reuters

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri “ən böyük dron hücumunu” həyata keçirib.  Bu barədə mayın 18-də Ukraynanın Hərbi Hava Qüvvələri məlumat verib.  Məlumata görə, Rusiya bazar gününə keçən gecə ərzində 273 “Şahid” pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəfə alıb. Hücum nəticəsində 28 yaşlı qadın ölüb və 4 yaşlı uşaq daxil olmaqla 3 nəfər yaralanıb.  Mayın 19-a keçən gecə də dron hücumları davam edib və nəticədə iki nəfər ölüb, 13 nəfər yaralanıb. Bu hücumlar, əsasən, Xarkiv, Sumu, Donetsk, Çerkası və Kirovoxrad vilayətlərini hədəfə alıb.  Hücumlar mayın 19-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında olacağı gözlənilən telefon...
Dünya

Bayden prostat xərçənginə tutulub

19 May 2025

Foto: Andrew Harnik/Getty Images

Keçmiş ABŞ Prezidenti Co Baydenə prostat xərçənginin “aqressiv forması” diaqnozu qoyulub.  Mayın 18-də Baydenin şəxsi ofisindən verilən məlumatda bildirilir ki, xərçəng 82 yaşlı siyasətçinin sümüklərinə metastaz verib.  “Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəngin hormonlara həssas olduğu görünür ki, bu da onun effektiv şəkildə idarə olunmasına imkan verir. Co Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər”, – bəyanatda deyilir. 2021-ci ildən bu ilin yanvarın 20-ə qədər ABŞ-ı idarə edən Bayden bu ölkənin ən yaşlı prezidenti kimi tarixə düşüb.  2024-cü ilin noyabrındakı prezident seçkisində də namizədliyini verən Bayden fiziki və əqli sağlamlığı haqda narahatlıqlar geniş vüsət...

Seçilmiş Videolar

Toplum TV loqo