Dünya

Ermənistanın konstitusiya layihəsi dərc olunub: "Müstəqillik bəyannaməsi"nə istinad çıxarılıb

23 noyabr, 2026
8

sosial media

Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub. 
Layihəni baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində təqdim edib.
Yeni Konstitusiya layihəsinin giriş hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəddə ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək məqsədi vurğulanır.
Layihədə parlamentin rolu, müxalifətin hüquqları, siyasi partiyalar və media ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur.
Yeni layihəyə əsasən, Konstitusiyanın və ya ona dəyişikliklərin referendumda qəbul edilməsi barədə qərar parlamentdə deputatların ümumi sayının ən azı beşdə üçünün səsi ilə qəbul ediləcək. Hazırkı Konstitusiyada bu hədd üçdə iki olaraq müəyyənləşdirilib.
Ermənistan parlamentində 107 deputat olduğundan, layihənin referendumda qəbul edilməsi barədə qərar üçün ən azı 65 deputatın dəstəyi tələb olunur. Son parlament seçkilərində konstitusiya çoxluğu əldə etməyən hakim “Vətəndaş Müqaviləsi” partiyası bu qərarı müxalifətin ən azı bir neçə deputatının dəstəyi olmadan qəbul edə bilməz.
Ermənistan müxalifəti Konstitusiyanın Bakıdan gələn tələblər əsasında dəyişdirildiyini iddia edir və layihənin referendumda qəbul edilməsinə dəstək verməyəcəyini bildirir.
Azərbaycan Ermənistan Konstitusiyasının giriş hissəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını sülh sazişinin imzalanması üçün şərtlərdən biri kimi irəli sürür. Bəyannamədə Dağlıq Qarabağ və Ermənistanın birləşməsinə dair müddəa yer alır.
Nikol Paşinyan layihənin təqdimatı zamanı bildirib ki, yaradılan sayt vətəndaşların Konstitusiya layihəsi ilə tanış olması və təkliflərini təqdim etməsi üçün imkan yaradır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

COP31-də ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə razılığa gələ bilməyib

23 noyabr 2026

sosial media

BMT-nin Türkiyədə keçirilən COP31 İqlim Konfransı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni razılaşma əldə edə bilməməsi ilə başa çatıb. BBC xəbər verir ki, danışıqların əsas mübahisə mövzuları fosil yanacaqlardan imtina və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı olub. Avropa İttifaqı və Sakit okean ada dövlətləri yekun sənəddə qlobal istiləşmənin əsas səbəblərindən olan neft, qaz və kömürdən mərhələli imtina məsələsinin açıq şəkildə qeyd edilməsini tələb ediblər. Lakin təqdim olunan son layihədə fosil yanacaqlara birbaşa istinad yer almayıb. Bununla yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələr zəngin dövlətlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün maliyyə dəstəyi ilə bağlı konkret öhdəlik götürməməsinə etiraz...
Dünya

İtaliyada antisemitizm qanunu qəbul edilib

20 noyabr 2026

Quirinale.it

İtaliya parlamentinin Deputatlar Palatası antisemitizmlə mübarizə haqqında qanun layihəsini yekun səsvermədə qəbul edib. “Euronews”un məlumatına görə, layihənin lehinə 147 deputat səs verib, 93 deputat əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb. Qanun layihəsi antisemitizmin müəyyənləşdirilməsi üçün Beynəlxalq Holokost Xatirəsi Alyansının (IHRA) 2016-cı ildə qəbul etdiyi tərifi əsas götürür. Məhz bu tərif müxalifət daxilində fikir ayrılığı yaradıb. Demokratik Partiya, Beş Ulduz Hərəkatı, Yaşıllar və Sol Alyans (AVS) layihənin əleyhinə səs verib. Bununla belə, Demokratik Partiyanın deputatı Piero Fassino və partiyanın bir neçə digər üzvü partiyanın ümumi mövqeyindən fərqli olaraq qanunu dəstəkləyib. “Italia Viva” və “Azione” isə layihənin lehinə səs verib. Təklif...

Seçilmiş Videolar

Toplum TV loqo