Siyasət

AXCP: “Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb”

23 noyabr, 2026
6

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb.
Bu barədə partiya nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar.
Partiya Əli Kərimlinin yaxınları ilə görüşmək hüququnun da bərpa olunmasını, həmçinin onun barəsindəki cinayət işinə xitam verilməsini tələb edib.
Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi bu ilin yayında AXCP sədrinə istintaq təcridxanasında təzyiq göstərildiyini, saxlanma şəraitinin məqsədli şəkildə ağırlaşdırıldığını bildirmişdi.
Komitənin açıqlamasına görə, Əli Kərimli ailəsi ilə telefonla danışmaq və görüşmək hüququndan məhrum edilib. Həmçinin onun idmana aparılmadığı, gəzinti vaxtının yarıbayarı azaldıldığı qeyd olunub.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə üzrə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim ötən il noyabrın sonunda həbs ediliblər. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər ayrılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun məhkəməsinin başa çatdığı və yaşı, eləcə də səhhətindəki problemlər nəzərə alınaraq 14 il şərti cəza aldığı açıqlanıb.
AXCP Əli Kərimliyə və Məmməd İbrahimə qarşı ittihamları siyasi motivli və əsassız sayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fatimə Mövlamlı: “Təcridxana rəisinin müavini qadın məhbusları təcavüzlə hədələyib”

23 noyabr 2026

Foto:şəxsi arxiv

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasında qadın məhbuslara qarşı təzyiq və zorakılıq hədələrinin olduğunu bildirib. Bu barədə jurnalistin sosial media hesabında paylaşılan məlumatda deyilir. Onun sözlərinə görə, hadisə noyabrın 20-21-də təcridxananın Tibb-Sanitar Hissəsində baş verib. Jurnalistin yazdığına görə, “hicaba azadlıq” aksiyalarından sonra həbs edilən Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə, daha bir qadının isə təcridxananın qadın korpusuna köçürülməsi qərarı verilib. Mövlamlı bildirir ki, köçürülməyə etiraz edən qadınlar zorla kameralarından çıxarılıb. Onun sözlərinə görə, digər qadın məhbuslar həmin axşam təklikdə oturaq aksiya keçirib və köçürülən qadınlarla əlaqə yaratmaq istəyiblər. Məhbuslara ertəsi gün bu...
Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr 2026

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib. İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib.  Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.  Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən...

Seçilmiş Videolar

Toplum TV loqo